Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
Ermənistanın keçmiş ədliyyə nazirinin müavini, "Legal Way" insan haqları təşkilatının rəhbəri Ruben Melikyan xalqını təcili piket keçirməyə çağırıb.
Publika.az xəbər verir ki, feysbuk səhifəsindən canlı yayımla çıxış edən Melikyan bu gün saat 12:00-da Azərbaycanla imzalanması planlaşdırılan müqavilə ilə bağlı Ədliyyə Nazirliyindən açıqlama tələb etmək üçün yığışmağı tələb edib.
Qeyd edək ki, Ermənistanın bəzi teleqram kanalları baş nazir Nikol Paşinyanın 11 yanvar tarixində Moskvada Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycanın nəzarətinə geri qayıtmasının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən nəqliyyat dəhlizinin açılması, eləcə də erməni qoşunların Qarabağdan çıxarılmasını ehtiva edən müqavilə imzalanacağı barədə məlumat yayıb. Müqavilə layihəsinin artıq hazır olduğu və məzmununu ölkə konstitusiyasına uyğunlaşdırmaq üçün gizli şəkildə Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilir.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lusin Martirosyan iddiaları təkzib etsə də, Ermənistan ictimaiyyəti buna inanmır.
Qeyd edək ki, 11 yanvarda Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar