Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Əli Haşim
“Center for Global Policy”, 07.01.2021
İranın ən tanınmış generalı ABŞ-ın pilotsuz təyyarəsinin hücumunda öldürüldükdən bir il sonra belə, Tehran bu itkini bərpa edə bilmir. General-mayor Qasim Süleymani ölkənin elit hərbi qüvvəsini – İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qvardiyasını miras qoysa da, onun ölümü ilə rejimin fəaliyyətini əngəlləyən bir boşluq yaranıb. Buna qədər İran Ərəb dünyasındakı münasibətlər şəbəkəsini, geosiyasi mövcudluğunu onunla təmin edib. İİKK-QQ-nin öz gücünü bərpa etməsi və öldürülən komandirin səylərini davam etdirməsi xeyli vaxt alacaq.
Süleymaninin unikallığı
İslam Respublikası Süleymaniyə yas tutmağa davam edir, lakin daha böyük məsələ onun varisi briqada generalı İsmayıl Qaaninin Süleymaninin işini qaldığı yerdən davam etdirə və sələfinin bacardığı şəkildə gəmini idarə edə bilməməsidir.
İran siyasi quruluşu və regional ortaqları hələ də Süleymaninin itkisi ilə barışmayıblar. O, bənzərsiz bir şəxs idi və buna görə də, Qaaniyə içini doldurmaq üçün böyük bir boşluq qalıb.
27 dekabr 2020-ci il tarixli müsahibəsində “Hizbullah” başçısı Həsən Nəsrullah “Qüds” qüvvələrinin yeni komandirinin özündən yuxarıdakıların qərarlarını yerinə yetirməkdən fərqli olaraq, sərbəst şəkildə böyük qərarlar verməli olduğu bir gerçəyə uyğunlaşma üçün zamana ehtiyac duyduğunu etiraf edib. “Gəlin realist olaq, ona bir az vaxt lazımdır, Hacı Qasimin 22 ildə qazandığı təcrübəni indi Qaanidən gözləyə bilmərik”.
Süleymani sıradan bir İran generalı deyildi. Təxminən 25 il o, “Qüds”ə rəhbərlik edib və İrana asimmetrik vasitələrlə Yaxın Şərqdə güc proyeksiyası yaratmağa imkan yaradıb. Vaxt keçdikcə, Süleymaninin şəxsiyyəti İİKK-QQ rəhbəri kimi rəsmi rolundan fərqlənməyib. Süleymani həm strateji, həm də taktiki səviyyədə fəaliyyət göstərib, rejimin münasibətlərini daxildə dərindən bölünmüş müxtəlif vəkil müttəfiqləri ilə şəxsən idarə edib.
İİKK-QQ sıralarında onun rolunun bu mühüm cəhəti düzgün qiymətləndirilməyib. Müəyyən mənada, bu cür spesifik şəxsi xüsusiyyətləri aşılamaq çətindir, yəni Süleymaninin liderliyi əvəzolunmaz ola bilər.
İslam Respublikasının ali rəhbərliyi ona o qədər güvənib ki, Süleymani yalnız özünə həvalə edilmiş məsuliyyəti yerinə yetirməyib, həm də onu inkişaf və lazım gəldikdə, şəxsən istifadə edəcəyini düşünüb. Ali Rəhbər Ayətullah Əli Xamnəi Süleymaninin ortaya çıxan hər cür çətinlikdən keçə biləcəyinə, beləliklə, rejimin regional ambisiyalarını inkişaf etdirmək səylərinin etibarlı əllərdə olduğuna tam əmin idi. Xamnəi Süleymani ilə təkbətək – siyasi və hərbi iyerarxiyalardan yan keçərək iş görüb. Ancaq indi, qətlindən 1 il sonra Süleymaninin yoxluğu dərindən hiss olunmağa başlayır, İranın geniş və mürəkkəb regional şəbəkəni idarə etmək qabiliyyətinə təsir göstərir, çünki Süleymani bu sövdələşmə sənətinin çox hissəsini özü ilə aparıb.
İraqın şiə fraksiyalarına rəhbərlik
Tehranın regional təsir dairəsi, xüsusən Suriyadakı üsyandan sonra uzun müddətdir ki, çoxsaylı problemlərlə üzləşib. Süleymani bu problemləri idarə edə və hətta İranın regional şəbəkəsindəki çatlaları gizlədə bilib, çünki şəxsən vəkalət koalisiyalarını bir araya gətirmək və dəstəkləmək sənətini mənimsəyib.
20 ildən artıq bir müddətdə ilk dəfə İslam Respublikası özünü həssas hiss edir, çünki Süleymaninin dizayn verdiyi və idarə etdiyi regional idarəetmə sistemi hələ də onun şəxsi iştirakından çox asılıdır.
İranlıları ən çox narahat edən şey ölkənin əksər icmaları arasında xroniki qruplaşmanın kəskin artdığı İraqda, giriş qapısında şiələr arasındakı parçalanmadır.
İraqdakı vəziyyət Süleymaninin ölümündən sonrakı ilk həftələrdən bəri bəlli olub. Tehran müttəfiqlərini bir araya gətirmək üçün mübarizə aparırdı. İranın saysız-hesabsız şiə qruplaşmalarının Mustafa Kazimini baş nazir olaraq qəbul etməsi üçün göstərdiyi səylər buna misaldır. “Kətaib Hizbullah” Kazimini Süleymaninin və eyni zamanda, “Xalq Səfərbərlik Qüvvələri” (“Haşdi Şəabi”) rəhbərinin müavini olmuş Əbmehdi əl-Mühəndisin öldürülməsində iştirakda günahlandırır. “Əsaib Əhlil-Haqq”ın komandanı yeni baş naziri tanımanı “qardaş cəsədi yemək” sayaraq, Tehranın təzyiqlərinə boyun əymir. Bu, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin Kaziminin yeni hökumətə rəhbərliyini təmin etmək üçün Bağdada səfərindən sonra baş verib.
Süleymaninin xələfi Qaani özü son bir neçə həftədə, gərginliyin artdığı bir vaxtda İraqa gedib və İranla əlaqəli qruplara Tehranın ABŞ-la hər hansı bir gərginlikdə maraqlı olmadığını açıq bir mesajla çatdırıb. Ancaq İraq şiə milislərinin heç də hamısı bir çox fraksiya Tehranın Vaşinqtonla qarşıdurmadan yayınmaq istəyinə tam baş əymirlər.
Dekabrın 21-də Bağdaddakı Amerika səfirliyinin yaxınlığına düşən raketlər Qaanini şiə müttəfiqlərinin təxribatlarını dayandırmaq üçün İraqa getməyə sövq edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərif açıq şəkildə ABŞ-la istənilən gərginləşməyə qarşı olma barədə xəbərdar edən açıqlamalar verərkən, Qaani milisləri yaxşı davranışa məcbur etməyə çalışıb.
Tramp və Bayden administrasiyaları arasındakı bu qısa keçid dövründə İranın iraqlı müttəfiqləri Tehran üçün, bir növ, məsuliyyətə çevrilib. Süleymani sağ olsaydı, bu milislər indi özbaşınalıq etməyəcəkdilər. Keçmiş İİKK-QQ komandiri İraq şiə milislərinin ölkəsinin milli mənafeyinə zərər verən hər hansı bir hərəkətini qayçılamaq üçün daha az vaxt və səy sərf edib. Unutmayaq ki, əl-Mühəndis Süleymaninin milislərə təsir göstərmək və rəqib maraqları tarazlaşdırmaq üçün istifadə edə biləcəyi qol idi.
Süleymani cəbhədə
İranın İraqdakı təsirini anlamaq üçün bunu Livandakı təcrübə ilə müqayisə etmək vacibdir. Süleymani Livanla münasibətdə çox bacarıqlı idi, ancaq bu iki ölkədə şiə mənzərələri arasındakı fərqlər nəzərə alınaraq, o, İraq üçün standart qəlib ola bilməzdi.
Livanda “Hizbullah” “Əməl”lə – kiçik ortaqla şiə səhnəsinə hakimdir. Bundan əlavə, “Hizbullah” milis qüvvəsindən daha çox kənarda, bölünmüş bir ölkənin demokratik sistemində koalisiya siyasətində ustalıq göstərən siyasi hərəkata çevrilib. İraqdan fərqli olaraq, Livanda siyasi sistem çox kövrəkdir və şiə icması həddindən artıq yekdildir. Bundan əlavə, İraq milisləri, İran siyasi sisteminin əsasını təşkil edən Vilayəti-Fəqih doktrinasına sədaqət baxımından fərqlidirlər. “Hizbullah” İranın şiə ideologiyasının regional bir qoludur və bu, Tehranla Livan baş nazir arasında daha çox sinerji yaradır. Başqa sözlə, “Hizbullah”ın İranın İraqlı tərəfdaşları qədər mikroidarəçiliyə ehtiyacı yoxdur. Əslində, “Hizbullah” İrana Suriya, İraq və Yəməndəki vəkillərin idarəçiliyində kömək edir.
Süleymaninin öldürülməsi ilə ən azı son bir ildə oyun qaydaları və ABŞ-la qarşıdurma dəyişib. Dəfndən əvvəl Tehranın sui-qəsdə ilk cavabı İraqdakı Ayn əl-Əsəd bazasını bombalamaq olub. Bu, ifrat gərginləşdirmədən qaçınmağa yönəlmiş rəmzi və ölçülü bir cavab idi. Həqiqət – ABŞ-ın İranın regional strategiyasına zərbə vurmasıdır.
İİKK-QQ və İraqdakı vəkillərin başsız qoyulması ilə yanaşı, ABŞ İranın ambisiyalarını alt-üst edən diplomatiya ilə məşğul olub. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşin İsraillə barışıq sövdələşmələrinə Tehranın yaxşı əks-seçimləri yoxdur. Süleymaninin itkisindən qurtulmağa çalışdığı bir vaxtda, İranın “İbrahim andlaşmaları”ı ilə təzyiq altındadır.
Süleymaninin ölümü Tehranın regional təsir strategiyasının ən mühüm hissəsi olan Suriyada İranın mövqeyi ilə bağlı suallar doğurur. Hələlik, Süleymaninin ölümünə baxmayaraq, İran Suriyada böyük mövcudluğunu davam etdirir. İranın Suriyadakı əməliyyatlarının Əsəd rejiminin sağ qalmasını təmin etmə olduğunu nəzərə alsaq, Süleymaninin işi birbaşa milislərlə məşğul olmaqdan daha çox idi. Bunun əvəzinə, o, bir sıra İİKK zabitləri və komandirləri vasitəsilə fəaliyyət göstərirdi ki, bu da öz növbəsində, İranın hərəkətə gətirdiyi nizamsız qüvvələrlə Suriyanın dövlət qüvvələri və rus qoşunlarını əhatə edən hərbi və kəşfiyyat əməliyyatlarını koordinasiya edirdi. Bu sistem Süleymanidən az səy tələb edirdi, İsrail iranlıların möhkəmlənməsinin qarşısını almaq üçün hava hücumları həyata keçirsə də, çox güman ki, o, varlığını yaxşı saxlayırdı.
Süleymanidən sonrakı dövrdə
Süleymaninin Suriya strategiyası rejimin hərbi çöküşünün qarşısını alsa da, rejimin daha böyük beynəlxalq diplomatiya yürütməsi, ölkənin dağılmış siyasi iqtisadiyyatını sağalda bilməz. Buna görə də, İranın bu ölkədə hansı rol oynayacağı və necə qoruyub saxlaya biləcəyi böyük bir sualdır. Bu arada, gələcək Bayden administrasiyasının İranın Suriyadakı rolu ilə (eyni zamanda bölgə ilə) bağlı Trampın “maksimum təzyiq” siyasətini daha nüanslı bir şəkildə davam etdirəcəyi gözlənilir. Bundan əlavə, ruslar və türklər Suriyada baş verən hadisələrdə böyük söz sahibi olacaqlar ki, bu da Şamdakı İran maraqlarına təsir edəcək.
Qasim Süleymanidən sonrakı dövrdə İranın böyük uğuru Suriya hökuməti ilə İran arasında hərbi və təhlükəsizlik əməkdaşlığını genişləndirmək barədə razılaşma idi. Həmin pakt birbaşa və ya ona bağlı qruplar və milislər vasitəsi ilə Tehran uzunmüddətli hərbi mövcudluğunu, Dəməşqə hava hücumundan müdafiə təmin edəcək. Bunun Hələb, Həma və Şərqi Suriyada baş verdiyi artıq məlumdur. Ancaq bu, həm İsrail, həm də ABŞ-ı İrana daha çox təzyiq göstərməyə vadar edir.
Yeni seçilmiş prezident Co Baydenin administrasiyası prezident Donald Trampın çıxdığı nüvə razılaşması ilə əlaqədar İranla əməkdaşlığı bərpa etməyə hazırlaşır. Seçilmiş prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İranın raket proqramının müzakirə mövzusu olacağı ehtimalına işarə edib.
Məsələlərin detallarından və ardıcıllığından asılı olmayaraq, nəticədə Bayden dövrünün Ağ Evi İranın regional təsirini cilovlamaq üçün çalışmalı olacaq. Trampın hərəkətləri İranın əlini zəiflədib və İran rəhbərliyi Süleymaniyə görə cani-dildən darıxır, çünki İran diplomatlarının sövdələşmə masasında istifadə edə biləcəyi döyüş şəraitinin yaradılmasında o, həlledici rol oynayırdı.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar