Xəbər lenti
		Dünən, 19:47
	
	
	
		Dünən, 14:30
	
	
	
		Dünən, 11:30
	
	
	
		Dünən, 10:00
	
	
	
		2-11-2025, 21:30
	
	
	
		2-11-2025, 18:14
	
	
	
		2-11-2025, 14:30
	
	
	
		2-11-2025, 13:44
	
	
	
		2-11-2025, 13:00
	
	
	
		2-11-2025, 10:30
	
	
	
		2-11-2025, 09:30
	
	
	
		1-11-2025, 23:19
	
	
	
		1-11-2025, 21:17
	
	
	
		1-11-2025, 19:30
	
	
	
		1-11-2025, 18:30
	
	
	
		1-11-2025, 17:30
	
	
	
		1-11-2025, 16:39
	
	
	
		1-11-2025, 15:15
	
	
	
		1-11-2025, 14:00
	
	
	

Ermənistan Qarabağ müharibəsində uduzduqdan sonra ölkənin “qara bazarında” çoxlu sayda silah-sursat peyda olub. “Qəhrəman xalq”ın nümayəndələri Qarabağda döyüşmək əvəzinə özlərinin və ölmüş ermənilərin silahlarını İrəvana gətirib, satmaqla məşğul olurlarmış.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında ölkənin Milli Təhlükəsizlik Xidmətinin(MTX) silah alverilə bağlı keçirdiyi əməliyyat barədə məlumat verilib. Məlumatda deyilir ki, Qarabağdan Ermənistanın sərhəd kəndlərinə, oradan da İrəvana silah daşınması və sonradan satılmasıyla məşğul olan dəstənin üzvləri həbs edilib.
Qeyd olunur ki, cinayətkar qrupun başında müharibə başlayan kimi “könüllü” olaraq Qarabağa gedən İrəvan sakini durur. Adı çəkilməyən həmin erməni Qarabağda müxtəlif yollarla əldə etdiyi silahları əvvəlcə Sünik(Zəngəzur-red.) rayonunun Tex kəndində hazırlanan xüsusi anbara yığıb. Sonradan isə İrəvandakı mənzilinə gətirərək, orada satışını təşkil edib.
Bu “qəhrəman” və onun şərikləri Qarabağdan gətirilən “Kalaşnikov” avtomatlarını “qara bazar”da 500-600 dollara satıb. Məlumatda bildirilir ki, onun mənzilində 43 belə avtomat və çoxlu sayda digər silah-sursat aşkarlanıb.
Ermənistan MTX-si Qarabağda döyüşən “qəhrəman” ermənilərə müraciət edərək, onlardakı silah-sursatı təhvil verməyə çağırıb və bildirib ki, silahı könüllü verənlərə qarşı cinayət işi açılmayacaq.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
 
 
 
 





















