Xəbər lenti

 Nə yay, payız, nə də qışdl,

Elə yazdı Məmməd Əmin.
 Yazdı hamı elə səndən,

Gördü azdı Məmməd Əmin.
 
Torpaq dona, daş bərkiyə,
 Millətləri çək cərgəyə,

Türk adını ilk cərgəyə
 Durub yazdı Məmməd Əmin.

 
Gül-çiçəklər qoxuyanda,
Günəş ləçək toxuyanda,
Himnimizi oxuyanda,
İlk avazdı Məmməd Əmin.
 
O, nə torpaq, o, nə qəbir,
 O, kitabə, övliya, pir,

Sinəmizin üstündə bir
Telli sazdı Məmməd Əmin.

 Könül dedi, qələm yazdı,

Ürək çaşdı, ağıl azdı,
Səndən yazdı, gördü azdı,
Kür, Arazdı Məmməd Əmin.
 
Kimi gördü, kimi andı,
Ruhu mələk, cismi candı,
Adı iman, məslək andı,
Baş Qafqazdı Məmməd Əmin.


Ana səhifəyə qayıt        Baxış: 1 723          Tarix: 31-01-2021, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma