Xəbər lenti

 
Myanmada hərbi çevriliş baş verib.
 
Ovqat.com xarici media qurumlarına istinadən xəbər verir ki, Myanma Silahlı Qüvvələri fövqəladə vəziyyət elan edərək hakimiyyəti Myanma Silahlı Qüvvələrinin komandanı Min Aung Hleinə təhvil verib. 
 
Məlumata görə, bundan əvvəl hakim Demokratiya Uğrunda Milli Liqanın təmsilçisi, faktiki hökumət başçısı Aung San Suu Kyinin həbs edildiyi elan olunub. Bundan sonra Myanmada rabitə kəsintiləri başlayıb və hökumət teleradio yayımı dayandırılıb.
 
Hərbçilər, 2020-ci ilin noyabrında keçirilən seçkiləri saxtalaşdırmaq ittihamı ilə yüksək rütbəli məmurları həbs ediblər. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
 
Myanma MSK-nın məlumatına görə, Milli Demokratiya Uğrunda Liqa parlament 396 yer və hökumət qurma hüququ qazanmışdı. Hakimiyyətə gələn hökumətin başçısı cənab Hline yanvar ayının ortalarında Konstitusiyanın ləğv ediləcəyinin mümkünlüyünü bildirmişdi. O vaxtdan bəri ordunun hakimiyyəti ələ keçirəcəyi barədə xəbərlər yayılmış, amma bu məlumatlar ordu yetkililəri tərəfindən dəfələrlə təkzib edilmişdi.
 


Ana səhifəyə qayıt        Baxış: 2 611          Tarix: 1-02-2021, 07:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma