Xəbər lenti
Bu gün, 19:25

   Aynur Talıblı

Tarix və Mədəniyyət Araşdırmaçısı

 

Azərbaycan  Türk-Oğuz yurdudur və biz qədim tarixə malik olan Oğuz türkləriyik. Biz türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəzolunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək, türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq aydın görərik. Bu gün bu yazımda sizə digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində və türk toplumunda qadının yerini müqayisə edəcəyəm.

Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə də önəmli və dəyərli olub. Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş və ərinə - igidinə daima dəstək olmuşdur. Bu hələ eramızdan əvvəl də belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da, türk qadını daima hürr, azad olmuşdur. Qədim türklərdə qadın ailədəki kimi, siyasi və iqtisadi əlaqələrdə, dövlətin idarəsində də söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər və güləşər, savaşda da iştirak edərdilər.

 İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir və bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəm. 

 

Qədim türklər təkevli idilər


Qədim türk atalar sözündə belə deyilir: "Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır".

 “Türklər qadına yüksək dəyər verir”, demişdik ve bunu qədim türklərin təkevlilik ənənələrində də görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazdılar. Hun türkləri dönəmindən başlayaraq qadın-kişi ayrımı edilməzdi.

 Cinsi bərabərlik

Hunlarda qadını kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində "Xaqan buyurur" ifadəsi yalnız yer alırdısa və Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi(1).

Bəzən də xatunlar tək başına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfındən qəbul edilir və dövlət işləri ilə əlaqədar görüşürdülər. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu. Siyasi və idarəetmə barədə görüşləri dinləyər və fikirlərini söyləyərdi.

Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir: "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayqı göstərməmişdir"(2). Göktürk və Uyğurlarda da xaqanın xanımı dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur. Hunlarda olduğu kimi, onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, "Xaqan və Xatunun namına" deyə ortaqlaşa imzalanmaqdadır.

 Qadın, ailədə söz sahibi idi

Ailə içində də qadın yüksək söz sahibi olmuşdur(3). 

Asiya türklərində Göktürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir. VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən "Katunlardan" yəni xatunlardan söz edilir. Orhun kitabələri də “Xaqan və Xatun buyurur” sözləri ilə başlayır.

 İslamdan öncə də Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var. Bunlardan biri İslamdan öncə İtil (Volga) Bulqarlarını səyahət edən İbni Fadlanın salnaməsidir. Salnaməçi öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə və təəccübünü gizlətməməkdədir. Fadlan, xatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir. Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir.

Başqa biz ərəb səyyahı İbn Batu belə yazır: "Burda qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür"(4). 
Bu yazdıqlarımı qədim türk dastanlarında da açıq aydın görə bilərik. Dastanlarda kişinin güc və ilham qaynağının qadın olduğu bildirilir. Bizim milli dastanımız olan “Kitabi -Dədə Qorqud” hekayələrində də buna rast gəlirik. Örnək olaraq "Dəli Domrul hekayəsində" Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən "canını verəcəyini" söyləyir.

Eyni zamanda qədim türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu, Türk ata sözümüzdə belə qeyd edilir: "Ey Türk oğlu, suyu çaydan qızı soydan al”(5).

 

Bunun səbəbi yazının əvvəlində də qeyd etiyim kimi, türk qadının cəsarəti və şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc və savaşda birinci sırada dayanır. Yenə Dədə Qorqud dastanımıza baxsaq, "Bamsı Beyrək" hekayəsində yer alan Banu Çiçək bunun ən gözəl örnəklərindən biridir(6).

Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhələnməkdədir. O ərinə xəbərdarlıq edər və savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmənin üstünə sürər və onu qılıncından keçirər(7). 

 

Digər irqlərdə qadın


 Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin, digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə ingilislərlə başlayaq.

İngiltərədə XI yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xristiyanlar isə qadına şeytan gözü ilə baxırdılar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İncir oxumaq haqqına Henri dövründə (1509 1547) sahib oldular.

İngilis keşişi Dourun Uestminister kilsəsindəki nitqindən "Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər”.

Çinlilərdə qadın insan sayılmazdı və ona ad belə verilməzdi . Qız uşaqları “bir”, “iki”, “üç” deyə çağırılırdı(8). Onlar həyatları boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır, əri və uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaqda durub onlara xidmət etməli idi(9).

Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadinla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları və bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi(10).

Cahiliyyə ərəblərin də qız uşağı diri-diri gömməsi bir gərçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi.

Buddizmin qurucusu budda isə ik başlarda qadınları dinə qəbul etməmişdi.

Əski yunanalarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla ve miras kimi bağışlana bilirdi(11).

Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir, “zodruga” deyə adlandırılırdı. Slav ailəsində uşaqlara da əsir kimi baxılırıdə. Ruslarda qadın əri ilə bərabər gömülürdü. Rus hökmdarları yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.
Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan yurdunda və bütün türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına, x anımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar.


İstifadə edilən mənbələr: 


1. Ali Ahmetbeyoğlu; Avrupa Hun İmparatorluğu, TTK Yay., Ankara,2001,s.151.
2 .1 Ziya Gökalp; Türkçülüğün Esasları, ( Hzrl. Mehmet Kaplan), Varlık Yay., Ġstanbul 1970, s. 35.
3.Özkan Ġzgi; “Ġslamiyetten Önce Türk Kadınları“,Türk Kültürü Araştırmaları, Ankara,1975,s.145155.
4. Muharrem Ergin; Orhun Abideleri, Boğaziçi Yay., Ankara, 1989, s.21,35.
5. Azərbaycan Birliyi sehifəsi facebook.com.
6.Muharrem Ergin; Dede Korkut Kitabı, Boğaziçi Yay, Ġstanbul, 2001,s.64.
7. M. Ergin; Dede Korkut Destanı, s.122.
8.. http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.; http://translate.google.com.tr/translate… men-in-the-ancient-chinese-culture.html
9. Necla Arat; Kadın Sorunu 2. Baskı, Say Yay., Ġstanbul, 1986, s.26
10.25http://translate.google.com.tr/translate?hl=tr&langpair=en%7Ctr&u=http://www.iranchamber.com/hist ory/articles/women_in_ancient_persia.php 23.5.2012.; http://www.turkforum.net/710575-eskiturklerde-kadin.html 18.5.2012
11. http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.
12.TARİHÎ SÜREÇ İÇERİSİNDE TÜRK TOPLUMUNDA VE DEVLETLERİNDE KADININ YERĠ VE ÖNEMİ HISTORICAL PROCESS AND THE IMPORTANCE OF WOMEN IN THE TURKISH SOCIETY AND THE STATES Yrd. Doç. Dr. Ahmet GÜNDÜZ Ahi Evran Üniversitesi, Eğitim Fakültesi, İlköğretim Sosyal Bilgiler Öğretmenliği ABD
13.https://gokturukler.wordpress.com/…/ko…/eski-turklerde-kadın




Ana səhifəyə qayıt        Baxış: 2 313          Tarix: 27-06-2017, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma