Xəbər lenti

  

Türkiyədə Atatürkün həyata keçirdiyi inqilabi dəyişikliklərin ən mühümü milli təhsil sistemində baş vermişdi. Osmanlı maarif sistemi ənənəsindən imtina edən Atatürk mədrəsədən dünyəvi elmləri öyrədən məktəblərə keçiş proqramı həyata keçirmiş və bu dəyişikliklər ciddi müqavimətlə qarşılanmışdı. Qardaş ölkənin böyük yazıçısı Reşat Nuri Güntekinin eyni adlı romanı əsasında çəkilən və bir zamanlar Azərbaycanda böyük maraqla izlənən “Çalı kuşu” filmini xatırlayanlar 80-90 il əvvəl həyata keçirilən bu təhsil islahatında hansı proseslərin yaşandığını yaxşı bilirlər. Maraqlıdır ki, müasir Türkiyədə bu islahatlara tamamilə əks prosesə start verilib.

 

Ovqat.com-un bildirdiyinə görə, Türkiyə təhsil sistemində 2017-2019-cu illər üçün nəzərdə tutulan planlaşdırmada din ağırlıqlı təhsilə dünyəvi elm təmayüllü məktəblərdən, nə az nə çox düz, 17 dəfə artıq vəsait ayırılıb.

İddianı irəli sürən iqtisadçı Mahfi Eğilmezdir. Onun iddiasına görə, 2017-2019-cu illəri əhatə edən təhsil büdcəsinin investisiya planında elmi təmayüllü məktəblərə 109.6 milyon, imam-xətib liseylərinə isə 1.7 milyard lirə ayırmaq nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 1 483          Tarix: 29-06-2017, 07:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma