Xəbər lenti
 
Mətbuatda  deputat Məlahət İbrahimqızının qardaşı, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanıldığı haqda məlumatlar yayılıb. 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az Məlahət İbrahimqızına müraciət edib. Deputat deyib ki, yayılan informasiya tamamilə yalandır.
“Çox təəssüf edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar tirajlanır, kiməsə böhtan atılır. Mən umumiyyətlə, bu cür xəbərlərə münasibət bildirmək istəmirəm. Bu, yalan, böhtan və sifarişdir. Hansısa jurnalistin DTX adından belə yanlış informasiya verməsi heç cür qəbul olunmazdır.DTX ilə əlaqə saxlayıb öyrənsinlər görsünlər belə bir şey olubmu?! Əlbəttə ki, bu məlumat doğru deyil”.



Ana səhifəyə qayıt        Baxış: 1 015          Tarix: 1-07-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma