Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək.
II təsnifat mərhələsinin ilk görüşündə “Samtredia”nı (Gürcüstan) 5 cavabsız qolla üstələyən ağdamlıların tur adlaması heç kimdə şübhə doğurmur. Bu üzdən “Qarabağ” – “Samtredia” cütünün qalibi ilə düşəcək komanda və ya komandaları mümkün rəqib hesab etmək olar.
Püşkatmaya 47 klub qatılacaq. Bunlardan 13-ü mübarizəyə III təsnifat mərhələsindən başlayan klub, 34-ü isə əvvəlki raundun 17 cütüdü.
İki hissədən ibarət püşkatma mərasimində “Qarabağ” Çempionlar yolunda öz rəqibini tanıyacaq. Burada 20 iştirakçı – 3 klub və 17 cütlük olacaq.
Artıq onlar reytinqinə görə səbətlərə bölünüb. Cütlərin səpələnib-səpələnməməyi favoritin əmsalına görə müəyyənləşib.
“Qarabağ”ın əmsalı 10-cu olduğu üçün Azərbaycan və Gürcüstan çempionlarının yer aldığı cüt səpələnmişlər sırasındadı. Bu da nisbətən asan rəqib vəd edir. Mümkün rəqiblərdən ikisi mübarizəyə birbaşa qoşulan klub, 8-i isə cütlükdü.
Baxmayaraq ki, 18 səpələnməmiş arasında Rumıniya və Çexiya çempionları, müvafiq olaraq “Vitorul”la “Slaviya” da var. “Astana”, “Riyeka” və “Partizan”ın yer aldığı cütlər də ideal variant sayılmır.
Qeyri-çempionlar yolunda isə 10 klub 5 cütlük təşkil edəcək. Reytinqi yüksək olan ölkələrin çempionatında mükafat qazanan komandalar da püşkdən öncə 2 səbətə bölünüb.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi
“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi
“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi
APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi
Səpələnməmişlər
“Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi
“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi
“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi
“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi
“Slaviya” (Çexiya)
“Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Vitorul” (Rumıniya)
Qeyri-çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Kiyev, Ukrayna)
“Ayaks” (Hollandiya)
“Viktoriya” (Çexiya)
MOİK (Rusiya)
“Brügge” (Belçika)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Başakşehər” (Türkiyə)
AEK (Yunanıstan)
Paylaş: