Xəbər lenti
 
Urmiya şəhərindən İran parlamentinə seçilən millət vəkili Hadi Bahaduri Güney Azərbaycanda baş verən daşqınlar zamanı önləyici tədbirlər görmədiyinə görə hökumətin fəaliyətini tənqid edib.
Ovqat.com-un İran mətbuatına istinadən yaydığı məlumata görə, Azərbaycan əhalisinə başsağlığı verən millət vəkili əsasən İran Milli Hidrometeorologiya Təşkilatı və Teleradio Şirkətinin fəaliyyətindən narazılığını ifadə edərək bildirib:
“Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hərkəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm”



Ana səhifəyə qayıt        Baxış: 1 327          Tarix: 16-04-2017, 09:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma