Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
“Türkiyə bir dövlət olaraq öz taleyini müəyyənləşdirən mühüm bir addımı atmış, öz tarixi siyasi ənənələrini möhkəmləndirən bir sistemə keçməyə qərar vermişdir”.
Ovqat.com xəbər verir ki, bu sözlər Ədalət partiyasının bu gün Türkiyədə keçirilən referendumla bağlı yaydığı bəyanatdandır.
Bəyanatda daha sonra qeyd olunur:
“Bu referendumun nəticələri onillər boyu Türkiyənin inkişafının qarşısını alan Baş nazir-Prezident üsul-idarəsi izdivacından doğan qeyri-sağlam sistemi aradan qaldırmış, idarəetmə mexanizminin xarakterini konkretləşdirmişdir. Hakimiyyət bölgüsündəki bu qeyri-müəyyənlik qardaş ölkədə tez-tez hökumət böhranlarına səbəb olur, bir çox hallarda demokratik islahatların qarşısını kəsirdi. Biz bunun ən bariz nümunəsini 2000-ci illərin əvvəllərində görmüş, dövrün legitim baş nazirinin hüquqlarının məhdudlaşdırılmasına şahid olmuşduq.
Hakimiyyətin idarəetmə qolunda hər zaman ixtilaflara açıq olan bu problem xarici müdaxilələrə də şərait yaradırdı. Yaxın coğrafiyasında sərhədlərin yenidən cızıldığı indiki zamanda Türkiyə öz hakimiyyət gücünü artırmalı, özünə və xalqına daha əmin olan bir hökumət qurmalı, Türk və İslam dünyasına yönələn basqılara sipər çəkməli idi. Əminik ki, referendumun indiki nəticəsi qardaş ölkə rəhbərliyinə bu imkanları verəcəkdir.
Ədalət partiyası Türkiyə xalqının bu seçimini alqışlayır, qəbul olunan yeni sistemin demokratikləməyə xidmət edəcəyinə inanır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar