Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçvan MR Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bir sıra elmi, ictimai və publisist məqalələrin, “Ay işığında” (1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı...” (2004), “Mənə elə gəlir ki...” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, Urmiyə, 2011), "Payız Duyğuları" (2013) şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası” (2000) metodik vəsaitin müəllifidir.
Ovqat.com Xanəli Kərimlinin yeni şeirlərini oxuculara təqdim edir.
Ovqat.com Xanəli Kərimlinin yeni şeirlərini oxuculara təqdim edir.
ŞƏHİDLİK NƏĞMƏSİ
Milli ordunun kapitanı, şəhid
Milli ordunun kapitanı, şəhid
Ceyhun Orucəliyevin əziz xatirəsinə
Sən, ey bu Vətənin şəhid övladı!
Qanınla yoğrulub Vətən torpağı.
Ölümü öldürən ölməzliyinə
Nəğmələr oxuyur Vətən bayrağı.
Əbədi kəfənin olan o bayraq
Canından, qanından güc alır hər an.
Dünən bir ananın oğlu idinsə,
Bu günsə anandır bu Azərbaycan.
...O Vətən uğrunda şəhid oldun ki,
Sənə can vermişdi doğma canından.
Sən, ey bu Vətənin şəhid övladı!
Qanın mayalanıb şəhid qanından.
Onunçün də qanın Vətən rəngidir.
Qan qana qovuşub döndü ümmana.
Köksünə sığmayan məşəl ürəyin
Sənlə qurban getdi Azərbaycana!...
BİR DƏ GERİ DÖNMƏYƏCƏK BU QATAR
Yorğun-arğin yaşadiğim bu ömür
Az qalıbdı yetişə son mənzilə.
Son nəfəsin dərib duran qatar tək
Fit verərək haray salır boz çölə.
Bir də geri dönməyəcək bu qatar,
Qalmayıbdı o yolları yoran güc.
İnadımdan, inamımdan güc alıb
Qadağalar sədlərini yaran güc...
Bir ömürlük yük daşıyıb bu qatar,
Nə bezikib, nə təngiyib, nə durub.
Min tufana, min borana düşsə də
Şərəfini, qürurunu qoruyub.
Bu ömürdən qalan miras bir odur,
Gələn gəldi, gedən getdi birbəbir.
Zaman axdı damarımdan qan kimi,
Daha məni bir addım da gözləmir.
Son duracaq, dayanacaq sonmudur?!
Hər sonluqda bir başlanğıc anı var.
Bundan belə yaşanacaq ömrümün,
Nə əvvəli, nə axırı, sonu var.
ƏVVƏLİ DƏ SİRDİR, SONU DA SİRDİR
Quş öz balasını yemləyən kimi,
Mən də yemləyirəm şeirlərimi.
Sevinclə, kədərlə, qəmlə, fərəhlə
Bəyan eyləyirəm diləklərimi.
Hər dilək bir nişan, bir əlamətdir,
Onlarda ürək tək döyünür aləm.
Hər aləm içində canlı bir aləm,
Hər canlı aləmin canı da mənəm.
Məndə təcəlladır küllü- kainat,
Məndən kənarda yox canlı bir həyat.
Sirat körpüsüyəm yaranışımdan,
Keçəcəkdir məndən cümlə mövcudat.
Əvvəlim, axırım bir şeydir elə,
Dönüşüm gəldiyim yerədir ancaq.
Yolumun başında qarşıma çıxan,
Yolumun sonunda qarşılayacaq.
Ən qədim köhnədir ən yeni təzə,
Dünyanın astarı, üzlüyü kimi.
Nə qədər çək-çevir etsə də ağlım,
Çözülməz Tanrının sözlüyü kimi.
Haradan gəldiyim özümə ayan,
Hara gedəcəyim – Tanrı işidir.
Mənim hər zərrəmdə bir gizli ümman,
Əvvəli də sirdir, sonu da sirdir.
ŞEİRLƏRİMİ SƏPDİM
Şeirlərimi səpdim
toxumluq dənlik kimi
zamanımın, xalqımın
əbədi yaddaşına.
Baharına, yayına,
payızına, qışına.
Bir də -
Şəhid qanı çilənmiş
torpağına, daşına.
Bəlkə beşi göyərdi,
Bəlkə üçü, ikisi,
Bəlkə biri göyərdi,
Bəlkə də, heç birisi.
Ancaq zamanında mən,
Səpdim o toxumları –
gerçəkli gümanları,
gələcək arzuları.
Bacardığı bu oldu
Əvvəl-axır ömrümün.
Zülmət gecələrimin,
Ümid dolu günümün.
Nə ağac əkə bildim,
Nə də yol çəkə bildim.
Nə daş üstə daş qoyub
Bir daxma tikə bildim.
Sözü sözlə yaşatdım
Özümü yaşadan tək.
Nəyim var, nəyim yoxdur,
gələcək göstərəcək.
SÖHBƏT
--Sonuncu şerini nə vaxt yazmısan?
--Birinci şerimi yazdığım günü.
--Sənə nə veribdir şeir yazmağın?
--Bir “baş ağrısını”, bir qara günü.
--Eləysə, gəl at sən bu şerin daşın,
Bir ömür yaşarsan-- ağrımaz başın.
--Əzizim, fikrindən, sən allah, daşın,
Qələmdir, şeirdir mənim candaşım.
Mənə ümid verən, yaşadan onlar.
Onlardır şəriksiz varım, dövlətim.
Gözümün qarası, ağı da onlar,
Onlarda yaşayır sevgim, nifrətim.
Hər dəfə əlimə qələm alanda,
İlk sözüm, son sözüm yazılır sanki.
Birinci şerimin həyəcanını
Yaşadır sonuncu şerin ahəngi.
Həm sözə qul oldum, həm də Allaha,
Xəyanət etmədim heç birinə də.
Sözdə yaşatsam da Allah sirrini,
Vaqif olammadım bir sirrinə də.
Qələmin bətnində, sözün canında
Uyuyur göylərin, yerin cövhəri.
Bir damla cövhərdə olub bərqərar
Həm Tanrı əməli, həm şeytan şəri.
Qələmdir ayıran haqqı nahaqdan,
Qələm tutan əlsə haqq ola gərək.
Onda nə haqq itər, nə nahaqq bitər,
Onda xoşbəxt olar--yaşar gələcək!..
İLAHİ
İlahi, sən mənə bir dərddaş yetir,
İçimi qurd kimi yeyir dərdlərim.
Nə aça, nə də ki bükə bilirəm,
Havalı adam tək bilinmir yerim.
Nə qədər içimlə danışmaq olar?!
Bəzən heç bilmirəm nə danışıram.
Nə qədər tək-tənha alışmaq olar?!
Bu nə ömürdür ki, mən yaşayıram...
İnsanlar bir yana, dağa-daşa da
Ürəyim qızmır ki, könül açmağa.
Bir yerin varmı ki, sənin, İlahi,
Götürüb başımı ora qaçmağa?!
Bəlkə, qınayırsan məni, nə bilim,
Bəlkə də, naşükür sanırsan məni,
Mənim çəkdiyimi çəkən tapılmaz,
Mənim çəkdiklərim yaxar aləmi.
Naşükür deyiləm, vallah, İlahi,
Sən məni məndən də yaxşı bilirsən.
Qara qanlar axır damarlarımdan,
Sənsə ağrın-ağrın gülümsəyirsən.
Sən Göydə tənhasan, mən Yer üzündə,
Sənin səbrin çoxdur, mənim də dərdim.
Heyif ki, əlacım, imkanım yoxdur,
Yoxsa, dərdləşməyə Göyə gələrdim.
İlahi, sən mənə bir dərddaş yetir,
Bir qulaq yoldaşı olsun qəlbimə.
Səndən ayrı mənim kimim var, axı,
Özün de, könlümü bəs açım kimə?!
QIŞ GÖZƏLLİYİ
Şaxta ağacların budaqlarında
Qırova bürünüb dalıb yuxuya.
Qarda eşələnən bala sərçələr
Çırpınıb, silkinib dönür yuvaya.
Arabir günəşin soyuq istisi
Qarın çöhrəsini dənərləndirir.
Üzünə iynətək sancılan çısək
Yolu,cığırları çiçəkləndirir.
Dumana bürünən dağ yamacları
Doldurub qar ilə qoyun-qoltuğun.
Mürgülü dərələr, oğrun bərələr
Dönüb yatağına qarlı çovğunun.
Meşə talasında yaşıl dağ gölü
Bürünüb min rəngli qış duvağına.
Fidan bulaqların almaz qaş-daşı
Dönüb cığırların çil-çırağına.
Ağacdan ağaca şəfəq süzülür,
Hərəsi bir çalar, rəngə çalırlar.
Bu rənglər şaxtanın buz əlləriiylə
Budaqdan budağa naxış salırlar.
Yarpağı silkinmiş boz ağacların
Başında quşların boş yuvaları.
Ağacdan ağaca uçub qonurlar
Meşə sakinləri--meşə quşları.
Dovşan ləpirləri, kəklik izləri
Bənzəyir ağ duvaq üstə naxışa.
Qarı şırımlayan ovçü cığırı
Baş alıb yol gedir üzü yoxuşa.
Buzla sırğalanıb çayın çaylağı,
Sazağın sularda qalıbdı səsi.
Gədikdən boylanan ana maralın
Gözündə çağlayır yazın müjdəsi.
Bir lal sükutu var dağın, dərənin.
Qarın hellənci də sükutu pozmur.
Təkcə zirvələrdə qiylayan qartal
Qışın qışlığının həddinə dözmür.
O hərdən süzərək dumanda, çəndə,
Oyadır ruhunun yaz havasını.
Çarpışır, vuruşur qarla, boranla,
Qoruyur vətəntək öz yuvasını.
... Bu qışın bənzərsiz öz gözəlliyi
Gözəllik içində bir gözəllikdir.
Mənim Vətənimin qış gözəlliyi
Dünyada əvəzsiz, dünyada təkdir.
23.01.2017.
KAŞ QƏLBİMİ GÖRƏYDİN...
(mahnı mətni)
Dan üzünün şəfəqi
Nur çıləyir könlümə.
Sənin məhəbbətin tək
Axır mənim qəlbimə.
Xəbərin yoxdur, oğlan,
Nə özün, nə də məndən.
Yanıram eşq odunda,
Səs-səda yoxdur səndən.
Bir baxışla qor düşüb
Könlüm atəşgahına.
Ruhum fəğan eyləyir,
Yanacaqsan ahına.
İçin-için yandıran
Eşqimə inanıram.
Sənə inandığımçün
Dözürəm, dayanıram.
Kaş qəlbimi görəydin,
Əriyir gilə-gilə.
Sənsə görüşümüzü
Atırsan ildən-ilə.
Ay qəlbimi aparıb
Məni qəlbsiz qoyan yar!
Hər cəfana dözürəm,
Səndə bir insafmı var?!
SEVGİ DƏ BİR DƏLİLİK
(mahnı mətni)
Mən sevgi əsiriyəm
Əsirlərin içində.
Bir sevgi damlasıyam
Kədərlə bir biçimdə.
Sevgi də bir dəlilik,
Yaman olur ovutmaq.
Hicranı sonsuz dəniz,
Ah, çətindir tor atmaq.
Gələndə qəfil gəlir
Canı alır canından.
Ay oğrun baxan oğlan,
Keçmə saymaz yanımdan.
Gəzirsən küsülü tək,
Gəlmirsən bir yaxına.
Qorxuram bir söz deyəm
Ürəyinə toxuna.
Gəl hicrana son qoyaq
Vüsal bizə yar olsun.
Bütün sevən ürəklər,
Könüllər bahar olsun.
ADAM VAR...
Adam var elçi daşıdır,
Adam var yolçu daşıdır.
Adam var ki,ayaq daşı,
Adam da var baş daşıdır.
Şair kimdir? Elçi daşı?
Ya baş daşı, ayaq daşı?
Ya da, bəlkə, yolçu daşı?
Bəlkə, zamanın savaşı?..
Bu suallar yorur məni,
Cavab tapmaq yaman çətin.
Ancaq nəçi olursan ol,
Tükənməsin məhəbbətin,
Tükənməsin sədaqətin.
15.03.2017.
APARSAM, BƏLKƏ...
Mənsiz açılacaq bir gün bu səhər,
Onda vətənim də yeni olacaq.
Buludlar gözündən yağacaq qəhər,
Təkcə bu dünyaya sevgim qalacaq.
Sevgim yaşadacaq məni mənsiz də,
Ona bir döyünən ürək vermişəm.
Haraya sevgimlə getmişəm qoşa,
Orada duz-çörək, ülfət görmüşəm.
Nifətim əriyib yaz qarı kimi,
Kədərim sevgimlə tapıb təsəlli.
Hərdən dindirəndə qəm sarı simi,
Sevgim sipər olub qəmə beşəlli.
Sevmişəm daşın da daş yaddaşını.
O yaddaş kimliyim, nəçiliyimdir.
Sevdim bulaq adlı yurd sirdaşını,
O sirdaş saf sözüm, duz-çörəyimdir.
Mənim sevgi dünyam bütöv bir ölkə,
Onunla ümmana, dəryaya vardım.
Aparsam, aparsam, aparsam, bəlkə...
Vətəndən vətənə vətən apardım.
20.03.2017.
QƏRİBƏ ADAMLAR,QƏRİB ADAMLAR
Qəribə adamlar, qərib adamlar
Oxşayır talecə bir-birlərinə.
Qəriblər qürbətdə, qəribələrsə
Yaşayır vətəndə qərib yerinə.
Qəribə adamlar,qərib admlar
Yuvasız quş kimi qalar ayaqda.
Gecəsi gündüzlə düşər qarışıq,
Nə zamana baxar,nə də ki vaxta.
Sanki bu dünyanın admı deyil,
Yaşarlar su üstə saman çöpü tək.
Taledən, qismətdən əli üzülü,
Bağçası bar verməz, çəməni çiçək.
Qəribə adamlar, qərib adamlar
Onlar yaşamırlar özləri üçün.
Nə riya bilirlər, nə kələk-külək,
Cavabdeh olurlar sözləri üçün.
Bir dərvişsayağı ömür sürürlər.
Nə döyəni döyər, nə də söyəni.
Onlar könülcə də sevib-seçməzlər
Təkəbbürlə gəzib özün öyəni.
Tək könül açarlar allah eşqinə,
Qazanarlar halal, yeyərlər halal.
Könül bağlamazlar dünya eşqinə,
Haqqa qul olarlar, yalana da lal.
Qəlbimdə qəriblər, qəribələr var.
Onlar can sirdaşım, könül varımdır.
Çoxuna əl tutdum, oldum da sarban...
Onlar son dayağım, etibarımdır.
26.03.2017.
Sən, ey bu Vətənin şəhid övladı!
Qanınla yoğrulub Vətən torpağı.
Ölümü öldürən ölməzliyinə
Nəğmələr oxuyur Vətən bayrağı.
Əbədi kəfənin olan o bayraq
Canından, qanından güc alır hər an.
Dünən bir ananın oğlu idinsə,
Bu günsə anandır bu Azərbaycan.
...O Vətən uğrunda şəhid oldun ki,
Sənə can vermişdi doğma canından.
Sən, ey bu Vətənin şəhid övladı!
Qanın mayalanıb şəhid qanından.
Onunçün də qanın Vətən rəngidir.
Qan qana qovuşub döndü ümmana.
Köksünə sığmayan məşəl ürəyin
Sənlə qurban getdi Azərbaycana!...
BİR DƏ GERİ DÖNMƏYƏCƏK BU QATAR
Yorğun-arğin yaşadiğim bu ömür
Az qalıbdı yetişə son mənzilə.
Son nəfəsin dərib duran qatar tək
Fit verərək haray salır boz çölə.
Bir də geri dönməyəcək bu qatar,
Qalmayıbdı o yolları yoran güc.
İnadımdan, inamımdan güc alıb
Qadağalar sədlərini yaran güc...
Bir ömürlük yük daşıyıb bu qatar,
Nə bezikib, nə təngiyib, nə durub.
Min tufana, min borana düşsə də
Şərəfini, qürurunu qoruyub.
Bu ömürdən qalan miras bir odur,
Gələn gəldi, gedən getdi birbəbir.
Zaman axdı damarımdan qan kimi,
Daha məni bir addım da gözləmir.
Son duracaq, dayanacaq sonmudur?!
Hər sonluqda bir başlanğıc anı var.
Bundan belə yaşanacaq ömrümün,
Nə əvvəli, nə axırı, sonu var.
ƏVVƏLİ DƏ SİRDİR, SONU DA SİRDİR
Quş öz balasını yemləyən kimi,
Mən də yemləyirəm şeirlərimi.
Sevinclə, kədərlə, qəmlə, fərəhlə
Bəyan eyləyirəm diləklərimi.
Hər dilək bir nişan, bir əlamətdir,
Onlarda ürək tək döyünür aləm.
Hər aləm içində canlı bir aləm,
Hər canlı aləmin canı da mənəm.
Məndə təcəlladır küllü- kainat,
Məndən kənarda yox canlı bir həyat.
Sirat körpüsüyəm yaranışımdan,
Keçəcəkdir məndən cümlə mövcudat.
Əvvəlim, axırım bir şeydir elə,
Dönüşüm gəldiyim yerədir ancaq.
Yolumun başında qarşıma çıxan,
Yolumun sonunda qarşılayacaq.
Ən qədim köhnədir ən yeni təzə,
Dünyanın astarı, üzlüyü kimi.
Nə qədər çək-çevir etsə də ağlım,
Çözülməz Tanrının sözlüyü kimi.
Haradan gəldiyim özümə ayan,
Hara gedəcəyim – Tanrı işidir.
Mənim hər zərrəmdə bir gizli ümman,
Əvvəli də sirdir, sonu da sirdir.
ŞEİRLƏRİMİ SƏPDİM
Şeirlərimi səpdim
toxumluq dənlik kimi
zamanımın, xalqımın
əbədi yaddaşına.
Baharına, yayına,
payızına, qışına.
Bir də -
Şəhid qanı çilənmiş
torpağına, daşına.
Bəlkə beşi göyərdi,
Bəlkə üçü, ikisi,
Bəlkə biri göyərdi,
Bəlkə də, heç birisi.
Ancaq zamanında mən,
Səpdim o toxumları –
gerçəkli gümanları,
gələcək arzuları.
Bacardığı bu oldu
Əvvəl-axır ömrümün.
Zülmət gecələrimin,
Ümid dolu günümün.
Nə ağac əkə bildim,
Nə də yol çəkə bildim.
Nə daş üstə daş qoyub
Bir daxma tikə bildim.
Sözü sözlə yaşatdım
Özümü yaşadan tək.
Nəyim var, nəyim yoxdur,
gələcək göstərəcək.
SÖHBƏT
--Sonuncu şerini nə vaxt yazmısan?
--Birinci şerimi yazdığım günü.
--Sənə nə veribdir şeir yazmağın?
--Bir “baş ağrısını”, bir qara günü.
--Eləysə, gəl at sən bu şerin daşın,
Bir ömür yaşarsan-- ağrımaz başın.
--Əzizim, fikrindən, sən allah, daşın,
Qələmdir, şeirdir mənim candaşım.
Mənə ümid verən, yaşadan onlar.
Onlardır şəriksiz varım, dövlətim.
Gözümün qarası, ağı da onlar,
Onlarda yaşayır sevgim, nifrətim.
Hər dəfə əlimə qələm alanda,
İlk sözüm, son sözüm yazılır sanki.
Birinci şerimin həyəcanını
Yaşadır sonuncu şerin ahəngi.
Həm sözə qul oldum, həm də Allaha,
Xəyanət etmədim heç birinə də.
Sözdə yaşatsam da Allah sirrini,
Vaqif olammadım bir sirrinə də.
Qələmin bətnində, sözün canında
Uyuyur göylərin, yerin cövhəri.
Bir damla cövhərdə olub bərqərar
Həm Tanrı əməli, həm şeytan şəri.
Qələmdir ayıran haqqı nahaqdan,
Qələm tutan əlsə haqq ola gərək.
Onda nə haqq itər, nə nahaqq bitər,
Onda xoşbəxt olar--yaşar gələcək!..
İLAHİ
İlahi, sən mənə bir dərddaş yetir,
İçimi qurd kimi yeyir dərdlərim.
Nə aça, nə də ki bükə bilirəm,
Havalı adam tək bilinmir yerim.
Nə qədər içimlə danışmaq olar?!
Bəzən heç bilmirəm nə danışıram.
Nə qədər tək-tənha alışmaq olar?!
Bu nə ömürdür ki, mən yaşayıram...
İnsanlar bir yana, dağa-daşa da
Ürəyim qızmır ki, könül açmağa.
Bir yerin varmı ki, sənin, İlahi,
Götürüb başımı ora qaçmağa?!
Bəlkə, qınayırsan məni, nə bilim,
Bəlkə də, naşükür sanırsan məni,
Mənim çəkdiyimi çəkən tapılmaz,
Mənim çəkdiklərim yaxar aləmi.
Naşükür deyiləm, vallah, İlahi,
Sən məni məndən də yaxşı bilirsən.
Qara qanlar axır damarlarımdan,
Sənsə ağrın-ağrın gülümsəyirsən.
Sən Göydə tənhasan, mən Yer üzündə,
Sənin səbrin çoxdur, mənim də dərdim.
Heyif ki, əlacım, imkanım yoxdur,
Yoxsa, dərdləşməyə Göyə gələrdim.
İlahi, sən mənə bir dərddaş yetir,
Bir qulaq yoldaşı olsun qəlbimə.
Səndən ayrı mənim kimim var, axı,
Özün de, könlümü bəs açım kimə?!
QIŞ GÖZƏLLİYİ
Şaxta ağacların budaqlarında
Qırova bürünüb dalıb yuxuya.
Qarda eşələnən bala sərçələr
Çırpınıb, silkinib dönür yuvaya.
Arabir günəşin soyuq istisi
Qarın çöhrəsini dənərləndirir.
Üzünə iynətək sancılan çısək
Yolu,cığırları çiçəkləndirir.
Dumana bürünən dağ yamacları
Doldurub qar ilə qoyun-qoltuğun.
Mürgülü dərələr, oğrun bərələr
Dönüb yatağına qarlı çovğunun.
Meşə talasında yaşıl dağ gölü
Bürünüb min rəngli qış duvağına.
Fidan bulaqların almaz qaş-daşı
Dönüb cığırların çil-çırağına.
Ağacdan ağaca şəfəq süzülür,
Hərəsi bir çalar, rəngə çalırlar.
Bu rənglər şaxtanın buz əlləriiylə
Budaqdan budağa naxış salırlar.
Yarpağı silkinmiş boz ağacların
Başında quşların boş yuvaları.
Ağacdan ağaca uçub qonurlar
Meşə sakinləri--meşə quşları.
Dovşan ləpirləri, kəklik izləri
Bənzəyir ağ duvaq üstə naxışa.
Qarı şırımlayan ovçü cığırı
Baş alıb yol gedir üzü yoxuşa.
Buzla sırğalanıb çayın çaylağı,
Sazağın sularda qalıbdı səsi.
Gədikdən boylanan ana maralın
Gözündə çağlayır yazın müjdəsi.
Bir lal sükutu var dağın, dərənin.
Qarın hellənci də sükutu pozmur.
Təkcə zirvələrdə qiylayan qartal
Qışın qışlığının həddinə dözmür.
O hərdən süzərək dumanda, çəndə,
Oyadır ruhunun yaz havasını.
Çarpışır, vuruşur qarla, boranla,
Qoruyur vətəntək öz yuvasını.
... Bu qışın bənzərsiz öz gözəlliyi
Gözəllik içində bir gözəllikdir.
Mənim Vətənimin qış gözəlliyi
Dünyada əvəzsiz, dünyada təkdir.
23.01.2017.
KAŞ QƏLBİMİ GÖRƏYDİN...
(mahnı mətni)
Dan üzünün şəfəqi
Nur çıləyir könlümə.
Sənin məhəbbətin tək
Axır mənim qəlbimə.
Xəbərin yoxdur, oğlan,
Nə özün, nə də məndən.
Yanıram eşq odunda,
Səs-səda yoxdur səndən.
Bir baxışla qor düşüb
Könlüm atəşgahına.
Ruhum fəğan eyləyir,
Yanacaqsan ahına.
İçin-için yandıran
Eşqimə inanıram.
Sənə inandığımçün
Dözürəm, dayanıram.
Kaş qəlbimi görəydin,
Əriyir gilə-gilə.
Sənsə görüşümüzü
Atırsan ildən-ilə.
Ay qəlbimi aparıb
Məni qəlbsiz qoyan yar!
Hər cəfana dözürəm,
Səndə bir insafmı var?!
SEVGİ DƏ BİR DƏLİLİK
(mahnı mətni)
Mən sevgi əsiriyəm
Əsirlərin içində.
Bir sevgi damlasıyam
Kədərlə bir biçimdə.
Sevgi də bir dəlilik,
Yaman olur ovutmaq.
Hicranı sonsuz dəniz,
Ah, çətindir tor atmaq.
Gələndə qəfil gəlir
Canı alır canından.
Ay oğrun baxan oğlan,
Keçmə saymaz yanımdan.
Gəzirsən küsülü tək,
Gəlmirsən bir yaxına.
Qorxuram bir söz deyəm
Ürəyinə toxuna.
Gəl hicrana son qoyaq
Vüsal bizə yar olsun.
Bütün sevən ürəklər,
Könüllər bahar olsun.
ADAM VAR...
Adam var elçi daşıdır,
Adam var yolçu daşıdır.
Adam var ki,ayaq daşı,
Adam da var baş daşıdır.
Şair kimdir? Elçi daşı?
Ya baş daşı, ayaq daşı?
Ya da, bəlkə, yolçu daşı?
Bəlkə, zamanın savaşı?..
Bu suallar yorur məni,
Cavab tapmaq yaman çətin.
Ancaq nəçi olursan ol,
Tükənməsin məhəbbətin,
Tükənməsin sədaqətin.
15.03.2017.
APARSAM, BƏLKƏ...
Mənsiz açılacaq bir gün bu səhər,
Onda vətənim də yeni olacaq.
Buludlar gözündən yağacaq qəhər,
Təkcə bu dünyaya sevgim qalacaq.
Sevgim yaşadacaq məni mənsiz də,
Ona bir döyünən ürək vermişəm.
Haraya sevgimlə getmişəm qoşa,
Orada duz-çörək, ülfət görmüşəm.
Nifətim əriyib yaz qarı kimi,
Kədərim sevgimlə tapıb təsəlli.
Hərdən dindirəndə qəm sarı simi,
Sevgim sipər olub qəmə beşəlli.
Sevmişəm daşın da daş yaddaşını.
O yaddaş kimliyim, nəçiliyimdir.
Sevdim bulaq adlı yurd sirdaşını,
O sirdaş saf sözüm, duz-çörəyimdir.
Mənim sevgi dünyam bütöv bir ölkə,
Onunla ümmana, dəryaya vardım.
Aparsam, aparsam, aparsam, bəlkə...
Vətəndən vətənə vətən apardım.
20.03.2017.
QƏRİBƏ ADAMLAR,QƏRİB ADAMLAR
Qəribə adamlar, qərib adamlar
Oxşayır talecə bir-birlərinə.
Qəriblər qürbətdə, qəribələrsə
Yaşayır vətəndə qərib yerinə.
Qəribə adamlar,qərib admlar
Yuvasız quş kimi qalar ayaqda.
Gecəsi gündüzlə düşər qarışıq,
Nə zamana baxar,nə də ki vaxta.
Sanki bu dünyanın admı deyil,
Yaşarlar su üstə saman çöpü tək.
Taledən, qismətdən əli üzülü,
Bağçası bar verməz, çəməni çiçək.
Qəribə adamlar, qərib adamlar
Onlar yaşamırlar özləri üçün.
Nə riya bilirlər, nə kələk-külək,
Cavabdeh olurlar sözləri üçün.
Bir dərvişsayağı ömür sürürlər.
Nə döyəni döyər, nə də söyəni.
Onlar könülcə də sevib-seçməzlər
Təkəbbürlə gəzib özün öyəni.
Tək könül açarlar allah eşqinə,
Qazanarlar halal, yeyərlər halal.
Könül bağlamazlar dünya eşqinə,
Haqqa qul olarlar, yalana da lal.
Qəlbimdə qəriblər, qəribələr var.
Onlar can sirdaşım, könül varımdır.
Çoxuna əl tutdum, oldum da sarban...
Onlar son dayağım, etibarımdır.
26.03.2017.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar