Prosesdə MTN-in keçmiş əməkdaşı, general-mayor Məzahir Yaqubov ifadə verib. "Report"un xəbərinə görə, o, "Azərsu" ASC-də iqtisadçı işləmiş Mətləb Mutafayevin qanunsuz olaraq həbs edilməsi epizodu üzrə danışıb: "Aantiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin göstərişi ilə Mətləb Mustafayevin üzərində "aparatla əməliyyat aparmışıq. Aparat həmin şəxsin düzgün danışıb-danışmaması ilə bağlı olub. Ürək döyüntülərindən hiss etdik ki, Mətləb Mustafayev düz danışır. Bu əməliyyatda İlqar Əliyevin özü də iştirak edib".
Mətləb Mustafayev bildirib ki, həbsdə olduğu müddətdə Məzahir Yaqubovla 3 dəfə deyil, 5 dəfə görüşüb.
Daha sonra Monitoqinq Mərkəzinin sabiq əməkdaşı olmuş Təranə adlı qadın ifadə verib. O qeyd edib ki, telefon danışıqlarının dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudov verib. Onun sözlərinə görə, nazirin göstərişi, general Natavan Mirvətovanın dərkənarı ilə şəxs və ya şəxslərin telefonlarını dinləyiblər.
Daha sonra prokuror Mahirə Süleymanovanın məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib.
İddia olunur ki, Mahirə Süleymanova Elçin Quliyevin tanışı olub.
Proses sentyabrın 25-də davam etidiriləcək.
** saat 11:26
Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
İclasda bir neçə nəfərin ifadə verəcəyi gözlənilir.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
Paylaş: