Sürücünün adına cərimə protokolu gəlib, ancaq görüntüdəki avtomobil ona məxsus deyil.
Maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Şamil Rzayevin başına gəlib.
Şamil Rzayev ona məxsus avtomobilin olduğunu, ancaq ona sürət həddini aşma ilə bağlı gələn radardakı maşının tamamilə başqa avtomobil olduğunu bildirir.
Onun ünvanına gələn protokoldakı fotolardan da aydın görünür ki, şəkildəki maşın tam başqadır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, Şahin Rzayevin adına göndərilən həmin protokol əslində tam başqa sürücüyə məxsusdur və artıq protokol sistemdə aid olduğu şəxsin hesabına əlavə edilib.
Şahin Rzayev isə həmin protokolla bağlı heç bir cərimə ödəməyəcək. Çünki burada texniki səhvdən söhbət gedir.
Kamran Əliyev onu da qeyd etdi ki, belə halla qarşılaşan sürücülər ərazi üzrə yol polisi idarələrinə müraciət edərək, səhv gələn protokolları ləğv etdirə bilərlər.\Xezerxeber.az\
Paylaş: