Xəbər lenti

  Bakı və Neftçalada yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda zavodun ərazisində karton qutular, taxta taralar və karton qutulara yığılmış şüşə qablar 30 m2 sahədə yanıb. Sex yanğından mühafizə olunub. 

 Neftçala rayonu, Qədimkənd kəndində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 22 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 961          Tarix: 1-10-2017, 08:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma