Xəbər lenti

Azərbaycanda enerji içkiləri qadağan EDİLƏ BİLƏR - Parlamentdə MÜZAKİRƏ

"Azərbaycanda energetik içkilərə yaş məhdudiyyəti qoyulmalı, reklamı qadağan edilməlidir".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev parlamentin bugünkü iclasında səsləndirib.

Millət vəkili bildirib ki, artıq bir sıra ölkələrdə bu içkilər qadağan edilib: “Təəssüf ki, bu gün ölkəmizdə energetik içkilərdən istifadə çox geniş yayılıb. Bu içkilərin tərkibindəki bəzi maddələrin dozalaşdırmadan qəbul edilməsi, özünüidərə,yuxu pozğunluğu, hətta ölümə belə səbəb olur. Bəzi ölkələr bu işkilərdən istifadə tam qadağan edib, bəzi ölkələrdə isə bu içkilərin üzərində +18 ifadələri qeyd edilir. Təklif edirəm ki, ölkəmizdə də bu içkilər 18 yaşına çatmayan uşaqlara satılmasın, lisenziyalaşdırılan məhsullar siyahısına salınsın, reklamı və satışı məktəblərin yaxınlığlında qadağan edilsin. Artıq kardioloqlar bu içkilərin qəbulunun qəfil ürək tutmalarına səbəb olmaları ilə bağlı həyəcan təbili çalır”.




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 2-10-2017, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma