Xəbər lenti

 

Hündür "Cip" maşını suyun altında qalıb və qaldırıcı kranla onu çıxarmağa çalışırlar. Ancaq cəhdlər uğursuz alınır.

Ovqat.com bildirir ki, söhbət Yardımlı rayonunun Deryavar kəndindən gedir. Kəndin içərisindən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobildə 5 nəfər olub. Kənd sakinlərinin köməyi ilə maşındakılar xilas edilsə də avtomobili sudan çıxarmaq hələ də mümkün olmayıb.
Sakinlərin sözlərinə görə, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur. Avtomobil yola daxil olandan sonra qəflətən artan sel isə onun hərəkətini tamamilə saxlayıb və maşının aşmaq təhlükəsi yaranıb. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Maşın selin altında qaldı




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 4-10-2017, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma