Xəbər lenti

 

Azərbaycanda "Kredit Zəmanət Fondu" ASC-nin yaradılması "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulub.

Ovqat.com-un məlumatına görə, məqsəd sahibkarların kredit resurslarına çıxış imkanlarını artırmaqdır.

Bunu İqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı həm də onların maliyyə vəsaitlərinə, kreditlərə əlçatanlığının təmin edilməsi ilə birbaşa bağlıdır.

"Tədqiqatlar da göstərir ki, Azərbaycanda, xüsusilə kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil. Səbəblərdən biri odur ki, həmin kreditlərə zəmanət verilmədiyi üçün kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə çox maraqlı deyil. Çünki kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var idi"

İqtisadçının deyib ki, Fondun əsas məqsədi kreditlərə zəmanətin verilməsidir:

"Kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar. Çünki Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək".

Maliyyə analitikləri bildirib kiŞ Azərbaycanda "Kredit Zəmanət Fondu" ASC-nin yaradılması ilə təminatsız sahibkarlar kredit ala biləcək, üstəlik ödəməli olduqları faizlərin bir hissəsindən azad olacaqlar".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 15-də "Kredit Zəmanət Fondu"nun yaradılması ilə bağlı fərman imzalayıb. "Kredit Zəmanət Fondu" ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir./ Sputnik




Ana səhifəyə qayıt        Baxış: 997          Tarix: 6-10-2017, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma