Xəbər lenti

 

"Naxçıvanla Bakı arasında olan əlaqə Mincivan və Mehri üzərindən idi. İndi bizim iki yolumuz var. Birinci variantda Qarsdan Sədərəyə yol çəklilməlidir. Amma o ərazi Türkiyənin əraizisidir. Onun qiyməti təqribən 2,5 milyard dolların üzərindədir".

Bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin rəisi Cavid Qurbanov deyib. O, bildirib ki, qeyd olunan yola Türkiyə dövlətinin nə zaman vəsait ayıracağı bəlli deyil:

"Digər yol isə İran yoludur. Hal-hazırda "Şimal-Cənub" layihəsi həyata keçirilir. Azərbaycan prezidenti bu yolun tikintisi üçün 500 milyon dollar vəsait ayrılıb. Yolun qiyməti təxminən 1 milyard dollardır. İran da yolun torpağının alınması ilə bağlı öhdəliyi öz üzərinə götürüb. Tikinti işləri başa çatdıqdan sonra biz Bakıdan Naxçıvana 1450 km dəmiryolunu açmış və birləşdirmiş olacağıq".\\Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 13-10-2017, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma