Xəbər lenti

 İşğalçı Ermənistan açıq və kobud şəkildə beynəlxalq hüquq normalarını tapdalayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, son günlər cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir:

“Ərazilərimiz işğal altındadır, danışıqlar prosesi müsbət nəticə vermir, İrəvan faktiki olaraq bütün təkliflərdən yayınır. İşğalçı açıq və kobud şəkildə beynəlxalq hüquq normalarını tapdalayır. Bir sıra aparıcı qüvvələr bu işdə İrəvana qəsdən şərait yaradır. Beynəlxalq birlik isə işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını açıq və kobud şəkildə tapdalamasına seyrci mövqe nümayiş etdirir. Əgər Ermənistan bu şəkildə özbaşınalığa davam edərsə və cəbhədə gərginlik səngiməzsə, Bakı “İsgəndər” lərin rəqibi sayılan “Polonez” reaktiv yaylım atəş sistemlərini işə salmaq məcburiyyətində qala bilər”.

Qeyd edək ki, ermənilər bir müddətdir ki, təmas xəttində müxtəlif təxribatlara əl ataraq gərginliyi davam etdirirlər.

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalov şəhid olub.




Ana səhifəyə qayıt        Baxış: 882          Tarix: 28-10-2017, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma