Xəbər lenti

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə operativ məlumat yayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, gün ərzində 1 867 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Nəticə etibarilə 48 400 kv.m ərazi (3 024 kv.m əl ilə, 13 800 kv.m mexaniki üsulla və 31 576 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 958          Tarix: 30-04-2017, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma