Dünən noyabrın 7-sində, QHT nümayəndələri, ehtiyyatda olan zabitlər, gazilər və şəhid ailələri iştirak ilə hamımızın sevimli vətənpərvər və Fədayi xanim dostumuz olan Roza Əliqızının rəhbərlik etddiyi “Əsgər Ailəsi Cəmiyyəti”nin yaradılmasının 25 illiyini qeyd edildi.
Tədbiri giriş sözü ilə açan, ehtiyyatda olan zabit, hərbi jurnalist “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri və təsisçisi Roza Əliqızının 25 ildə gördüyü işlərdən, cəmiyyətin nailiyyətlərindən, bu təşkilatın Respublikada Vətənpərvərliyin yüksək səviyyədə təbliğ etməsindən və cəmiyyətin ölkəmizdən kənarda Türkiyədə, Avropada Qarabağ gerçəkliklərinin yetərincə təbliğ etməsindən tədbir iştirakçılarına ətraflı məlumat verdi.
“Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədri, Ehtiyyatda olan General Sarıyev, Polkovnik Həsən Əmirov, Emin Həsənli, Növrəstə Yusifova Əfqanstan və Qarabağ müharibələrinin veteranları Məhəmməd Vəliyev, Sərraf Orucov, aprel döyüşçülərində olüm pəncəsindən çıxaraq Qazi adına yüksələn Xususi Tətinatli dəstənin qəhrəman döyüşçüləri Ülfət Həsənov və Natiq Mehdiyev və başqa təkilat rəhbərləri çıxış edərək, “Əsgər Ailəsi Cəmiyyəti”nin sədri Roza Əliqızının 25 ildə bu təşkilat vasitəsi ilə xalqımza xidmətindən danışaraq, “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illik fəaliyyətini yüksək qiymətləndirdərək təkilatın sədri Roza Əliqızına öz təşəkkürlərini bildirdilər.
Tədbirdə təkilatın sədri Roza Əliqızına “Əsgər Ailəsi Cəmiyyəti” nin 25 illiyi münasibəti ilə əlaqədar və hərbi vətənpərliyin təbliğində göstərdiyi xidmətlərinə görə Fəxri fərmanlar və medallar təqdim edildi.
Bizdə bir veteran təkilatı olaraq öz növbəmizdə, “Əsgər Ailəsi Cəmiyyəti”nin 25 illiyi münasibəti ilə əlaqədar təkilatın sədri Roza xanim başda olmaqla təkilatın bütün kolektivinə Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Himayəçilər Şurasının adından öz adımdan təbrik edərək təkilata gələcək işlərində yeni-yeni naliyyətlər arzu edirik. Gün o qün olsunki təkilatın gələcək tədbirin, Qarabağda Roza xanimın doğulun boya–başa çatdığl Cəbrail, Zəngilan Qubadlı rayonlarında keçirdək.\\yenigundem.az
Paylaş: