Xəbər lenti

 

İranın paytaxtı Tehranda bir əsgər generalı güllələyib.

Hadisə paytaxtdan cənubda yerləşən hərbi aviasiya qüvvələri komandanlağına məxsus Kəhrizək atəş meydançasında baş verib.

Əsgərin açdığı atəş nəticəsində bir nəfər general olmaqla, 5 hərbçi ölüb, 8 əsgər yaralanıb. İlkin ehtimala görə, atəş açan əsgərin silahı onun nəzarətindən çıxıb, yaxud hadisə onun qəzəblənməsi nəticəsində baş verib.

"Mehr” xəbər agentliyinə müsahibə verən Kəhrizək mahal Məclisinin sədri Məhəmməd Haşimi isə hadisənin Sistan-Bəlucistandan olan əsgərin silahlı hücumu ilə meydana gəldiyini deyib.

Qeyd edək ki, iyul ayında Qəzvin əyalətindəki hərbi hissədə bir əsgərin atəş açması nəticəsində 3 əsgər ölüb, 5 hərbçi yaralanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 7-08-2017, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma