Xəbər lenti

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev “CBC TV”-yə (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

Ovqat.com olkə.az-a istinadən xəbər verir ki, Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə hələlik müsbət cavab verməyib.

Məlumata görə, “CBC TV” rəhbərliyi Mir Şahin Ağayevin adıçəkilən telekanala gətirilməsində israrlıdır.

“Hazırda “CBC TV” rəhbərliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir”, – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 10-11-2017, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma