Xəbər lenti

 Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.

Evrascon ASC-yə (keçmiş (Azərkörpü ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 19-11-2017, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma