Xəbər lenti

Azercell Telekom” MMC ilə Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti arasında məhkəmə çəkişməsi davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hər iki tərəfin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Azercell Telekom” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 345          Tarix: 22-11-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma