Xəbər lenti

 

Ötən gecə Goranboyda ağır qəza baş verib.

Hadisə zamanı 1 uşaq dünyasını dəyişib, 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yol nəqliyyat hadisəsi rayonun Bəşirli kəndində qeydə alınıb.

2 avtomobilin toqquşması nəticəsində ağır bədən xəsarətləri alanlar, Gəncə və Goranboyda yerləşən xəstəxanalara çatdılıblar.

Tibbi yardımlara baxmayaraq, yaralılardan 7 yaşlı Nicat Əliyev dünyasını dəyişib. Ağır qəza nəticəsində xəsarət alan digər şəxslərin vəziyyəti isə kafi qiymətləndirilir.

İlkin məlumatlara görə, qəzaya düşən avtomobillərdən birinin sürücü və sərnişinləri toydan qayıdırmış. Faktla bağlı araşdırma aparılır.\\xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 22-11-2017, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma