Xəbər lenti

 

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın adının erməni ilə hallandırılması atasını qəzəbləndirib.

Ovqat.com xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti qızına qarşı qara piar aparıldığını deyib:

"Şəfəqin adını ermənilərlə hallandırmayın. Qızımı şərləməyin, ayıbdır. Şəfəq hər il dünyanın müxtəlif ölkələrinə dəvət alır, Azərbaycanı yüksək səviyyədə təmsil edir. Bəzi insanlar qısqanclıqdan qızımın əleyhinə qara piar aparırlar. Onlara səslənib deyirəm ki, belə işlərlə məşul olmaqdansa, gəlin qızımdan öyrənin və siz də onun kimi ölkəmizi dünyada layiqincə təmsil edin. Əlbəttə, Şəfəq ona gələn dəvətləri araşdırmır. O, hardan bilsin ki, dəvət göndərən ermənidir? Əgər hansısa ölkədən ona erməni tərəfindən dəvət gəlibsə, bunu araşdıracaq və dəvətdən imtina edəcək".

Qeyd edək ki, axşam.az-ın xəbərinə görə, Şəfəq sosial şəbəkədə ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunduğunu bildirib. Şəfəqi dəvət edən şəxs isə Alis Ataxanyandır.

Stilist paylaşımında Alisin soyadını yazmayıb. Amma Ataxanyan öz səhifəsində erməni məşhurlarla fotolar yayımlayıb. İnternetdə onunla bağlı məlumatlarda isə erməni olduğu barədə xəbərlər yer alıb.




Ana səhifəyə qayıt        Baxış: 1 166          Tarix: 6-12-2017, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma