Xəbər lenti

                                                               

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.Ovqat.com lent.az-a istinadla xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit) “Təzadlar” qəzetinin əməkdaşı idi.Allah rəhmət eləsin!




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 12-12-2017, 21:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma