“Biri deyir Azərbaycanda martda seçki keçiriləcək, biri deyir başqa vaxt keçiriləcək. Azərbaycanda seçkinin keçiriləcəyi ilə bağlı tarix-gün, ay bəllidir”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov seçkilərlə bağlı səsləndirilən bəzi fikirlərə aydınlıq gətirərkən deyib.
Millət vəkili bildirib ki, bu məlumatlar təxribatdır: “Vaxtilə ANS TV-nin əməkdaşı var idi, Sevinc Osmanqızı . İndi də ABŞ-da yaşayır. O deyib ki, martda prezident seçkiləri keçiriləcək və bu gün Milli Məclisin iclasında həmin məsələyə baxılacaq. Axı bu məsələ müzakirəyə çıxarılmır”.
S. Novruzov əlavə edib ki, Seçki Məcəlləsində göstəriş var ki, fəaliyyətdə olan prezidentin müddəti başa çatdıqdan sonra seçki oktyabrın 3-cü həftəsinin 3-cü günü keçiriləcək: “Yəni seçkinin keçiriləcəyi tarix ayına və gününə qədər məlumdur. Əgər seçkinin keçiriləcəyi gün bayram gününə düşürsə, seçki həmin həftənin başqa gününə keçirilə bilər. Amma ayı dəyişmək olmaz”.
S. Novruzov qeyd edib ki, hər bir fikirdən başqa fikir doğur və bunun izahını verməli olursan. Deputat həmkarlarını və jurnalistləri bu məsələdə diqqətli olmağa çağırıb. Millət vəkili bildirib ki, seçki təbliğatı zamanı ayrılan vəsaitinin dövlət büdcəsindən birbaşa televiziya və mətbuata ayrılması doğru qərardır: “Çünki minimal faizi toplamayanlar sonradan həmin vəsaiti geri qaytarmırdılar. Ümumilikdə hesab edirəm ki, Çeçki Məcəlləsinə edilən dəyişikliklər məhdudiyyətləri aradan qaldırmağa xidmət edir. Çünki xatırlayıram bir vaxtlar 121.2-ci maddəni əsas tutaraq (yaşı 65-dən çox olan şəxslər president seçilə bilməz) ümumilli liderin prezident seçilməsinə mane olmaq istəyirdilər. İndi isə nəinki yuxarı, aşağı yaş məhdudiyyəti də aradan qaldırılır. 18 yaşı tamam olan şəxs seçmək kimi, seçilmək hüququna da malikdir”.
Paylaş: