Xəbər lenti

"Azərbaycanda hesabat ili ərzində ən güclü hadisə Ağdam ərazisində baş verib”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən məlumata görə, bunu bu gün RSXM-in baş direktoru Qurban Yetirmişli AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat  işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib:

"Noyabrın 15-də yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası 5,7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Noyabrın 15-də baş vermiş Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb. 

Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası 5,4 olan zəlzələ baş verib. Zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 48 km-dir. Saatlı zəlzələləri eninə Savalan-Abşeron, Palmir-Abşeron, uzununa Kür dərinlik qırılmalarının hərəkət zonalarında yerləşib". 

Qeyd edək ki, 2016-cı ildə də Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksək olub. İmişli ərazisində güclü maqnitudası 5,6, intensivliyi 5 bal olan zəlzələ baş verib. Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir. Müəyyən olunub ki, zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib.

Q. Yetirmişli bildirib ki, 2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 19-12-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma