Xəbər lenti

Özü hərbi formada, gəlin maşını və bəylik stolu isə Azərbaycanın üç rəngli bayrağı ilə bəzədilib.

Görüntülər aprel qazisi Anar Məmmədovun toyundandır. O, aprel döyüşlərində bir qolunu itirsə də bu onun arzularının reallaşmasına mane ola bilməyib. Aprel qazisi hərbiçi xanımla özünə toy edib.

Silahlı qüvvələrimizin zabitinin hərbi geyimdə toya gəlməsi isə iştirakçıların marağına səbəb olub.

Ehtiyatda olan kapitan Anar Məmmədovun sözlərinə görə, hərbiçi olmaqla yanaşı öz toyunda hərbi forma geyinmək də ən böyük arzusu olub.Bəyin xanımı Zülfiyyə Yusifzadə də hazırda silahlı qüvvələrdə xidmət edir. Deyir ki, Anardan belə bir təklif gələndə müsbət qarşılıyıb.Təbii ki toyda ən çox sevinənələrdən biri də bəyin anası İradə Məmmədova idi.Qeyd edək ki, toyda bəyin hərbiçi yoldaşları ilə yanaşı, Müdafiə Nazirliyinin nümayyəndələri də iştirak ediblər.//Хezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda maraqlı toy




Ana səhifəyə qayıt        Baxış: 612          Tarix: 20-12-2017, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma