Xəbər lenti

              

FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

“FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib”, – deyə məlumatda bildirilir.//APA




Ana səhifəyə qayıt        Baxış: 579          Tarix: 21-12-2017, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma