Prezident İlham Əliyev bu gün yeni sərəncamlar verib.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin olunub.
***
Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilən Fəxri Kazımov deputat Xanhüseyn Kazımlının oğludur. O, uzun illərdirdir İpoteka Fonduna rəhbərlik edir.
Paylaş: