Xəbər lenti

"Təkcə 2017-ci ildə Azərbaycanda 33 min abunəçi elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün "Azərişıq" ASC-yə müraciət edib". 

Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin rəsmisi Elsevər Rüstəmov deyib.

Onun sözlərinə görə, həmin müraciətlərin 30 mini müsbət cavablandırılıb. 

“Bu müraciətlərdən təxminən 1 000-i qeyri-əhali qrupuna daxil olan abunəçilərə məxsusdur", – deyə o, qeyd edib. 

E.Rüstəmov həmçinin əlavə edib ki, təmsil etdiyi qurum sənədsiz evlərlə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ilə danışıqlar aparır: “Bildiyiniz kimi, ƏMDK sənədsiz evlərlə bağlı layihə həyata keçirir. Komitə bizə hər hansı arayış verməklə biz həmin tikilini elektrik enerjisi ilə təmin edəcəyik. Hazırda bu istiqamətdə danışıqlar davam etdirilir”.

Report.az

Ana səhifəyə qayıt        Baxış: 526          Tarix: 25-01-2018, 16:13      

Xəbəri paylaş

Paylaş:   

Prizma