Xəbər lenti

“Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir”.

Bunu ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: “Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür".

Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki “Zəli gölü”, Nübar qəsəbəsidə olan sürüşmə sahələrində  də aktivləşmə var/Report




Ana səhifəyə qayıt        Baxış: 618          Tarix: 13-02-2018, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma