Xəbər lenti

Təpə üzərində qoyulmuş xaç abidəsi şəhərin hər tərəfindən görünür...

Azərbaycanın işğal altındakı Xankəndi şəhəri yaxınlığında yerləşən Əsgəran rayonunun Daşuşen kəndində hündürlüyü 50 metr olan xaç qoyuldu.

Ovqat.com xəbər verir ki, Moderator.az erməni mediasına istinadla yazır ki, bu  barədə qondarma “DQR” rejiminin “iqtisadiyyat nazirinin müavini” Sergey Şahverdiyan öz Facebook səhifəsində məlumat verib.  Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünür.  Abidə xüsusən gecələr- işıqları yanarkən  xristian ermənilərin zövqünü oxşayır.  

 
Xəbərdə deyilir ki,  xristian xaçı 9 may ərəfəsində Azərbaycan torpaqlarının işğalı zamanı gəbərmiş erməni hərbçilərin xatirəsinə ucaldılıb. Abidənin Avropada hündürlüyünə görə ikinci xaç olduğu iddia edilir. Qitədə ən hündür xaç Makedoniyanın  Skopye şəhərindədir. 2002-ci ildə makedoniyalıların xaçpərəstliyi qəbul etməsinin 2000-ci ildönümü münasibəti ilə qoyulmuş abidənin hündürlüyü 67 metrdir.

 




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 15-05-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma