Xəbər lenti
Dünən, 19:25

Baş nazirin müavini Əli Həsənov mətbuatda barəsində yayılan xəbərlərə münasibət bildirib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “Yeni Müsavat” qəzetinin 16 may tarixli sayında dərc olunan “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı ilə əlaqədar mövqeyini açıqlayan Ə.Həsənov deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür.

O vurğulayıb ki, Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib: “Görünür qəzetin müxbiri yalnız 20 ildən sonra komitənin qəbul günləri ilə maraqlanmağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram.

O ki qaldı “Yeni Müsavat”da yazılan “köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edildiyi” iddiasına, qəzetin özünün də “bu iddiaların nə dərəcədə doğru olmasına” şübhə ilə yanaşdığı kimi, tam məsuliyyətlə və qətiyyətlə bildirirəm ki, bütün bunlar həqiqətən də reallıqdan uzaq olan uydurmalardır”.

 




Ana səhifəyə qayıt        Baxış: 505          Tarix: 16-05-2018, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma