Xəbər lenti

İyunun 4-də Ali Məhkəmə Azadlıq Radiosunun saytının bloklanması ilə bağlı verdiyi şikayətə baxır.

Azadliq.org saytına giriş ötən il martın 27-dən bloklanıb. Azərbaycanın Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyi bu addımı Baş Prokurorluğun göstərişi ilə atdığını, saytın Azərbaycanın milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Azadliq.org-dan savayı, Azadlıq qəzetinin, Meydan Tv-nin, daha iki internet TV proqramının da saytları qapadılıb.

Ötən il mayın 12-də Yasamal Rayon Məhkəməsi bu saytların bloklanması barədə qərar çıxardı. O zaman Azadlıq Radiosunun prezidenti Tomas Kent bunu radionun ölkədəki fəaliyyətini susdurmağa yönəlik “məqsədyönlü kampaniyanın bir hissəsi” adlandırmışdı.

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ötən dekabrdakı qərarını qüvvədə saxlayarsa, yeganə yol Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qalır.

Azərbaycan hakimiyyəti 2014-cü ildə Azadlıq Radiosunun Bakı bürosuna reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 682          Tarix: 4-06-2018, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma