Xəbər lenti

İyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələ nəticəsində bilavaitə insan tələfatı qeydə alınmayıb. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə cəmi 15 müraciət daxil olub. Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib

Hazırda zəlzələ ocağında afterşoklar davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib ki, indiyədək 7 afterşok qeydə alınıb. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək. (APA)

Zəlzələ ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun təcili Zaqatalaya getdiyi bildirilir. (qafqazinfo.az)

 




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 6-06-2018, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma