Xəbər lenti

 Bu gün Dövlət Filarmoniyasında Norveçin Milli Konstitusiya gününə həsr olunmuş rəsmi gəbul keçirilib.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edib.

 Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen bu il həm iki ölkə arasında diplomatik əlaqələrin qurulması,  həmçinin Norveçin “Statoil” neft şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illiyinin tamam olduğunu deyib.  "Həm Azərbaycan, həm də Norveç mühüm dünya enerji təminatçısıdırlar. “Statoil” bizim aramızda mühüm əlaqələndirici rol oynayır. Ötən müddət ərzində Azərbaycana 6.5milyard dollarllq sərmayə qoyulub. Azərbaycan Norveçin xarici ölkələrdə sərmayə qoyuluşuna görə ilk üçlüyə daxildir".Dağlıq Qarabağ münaqişəsinə toxunan norveçli diplomatı vurğulayıb ki, Norveç Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həll olunmasına ümid edir.

 Eloloqiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Norveçin 203 yaşı tamam olması münasibəti ilə  Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. İki ölkə arasında hüquqi bazanın mövcud olduğunu, yüksək səviyyədə qarşılıqlı səfərlərin keçirildiyini deyən nazir bundan sonrada  əlaqələrin iki ölkə xalqların mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. "Biz bütün ölkələrlə əməkdaşlıqda maraqlıyıq. Norveç bu ölkələr arasında xüsusi əhəmiyyət daşıyır. Bizim əlaqələrimizin böyük tarixə malik olmasını məşhur norveçli səyyah Tur Heyerdal sübut edib”. 

 




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 17-05-2017, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma