Xəbər lenti

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Komtek şirkətinin birgə əməkdaşlığı nəticəsində “Milli Ön” terminallarının “ASAN Ödəniş” dövlət informasiya sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq vətəndaşlar və hüquqi şəxslər özlərinin inzibati cərimə ödənişlərini “Milli Ön” ödəniş terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Layihənin növbəti mərhələsində vətəndaşlar və hüquqi şəxslər “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulmuş istənilən bank, poçt şöbələri ödəniş portalları və terminalları, həmçinin “Milli Ön” ödəniş terminalları vasitəsi ilə vergi, rüsum, DSMF və digər növ dövlət ödənişlərini həyata keçirə biləcəklər. Bu istiqamətdə işlər davam etdirilməkdədir.

Qeyd edək ki, “ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılmışdır. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin ödənilməsi “ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, “e-Manat” və “Milli Ön” ödəniş terminalları vasitəsi ilə təmin edilir.

 




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 27-06-2018, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma