Vergilər Nazirliyi vergi hesabatları, elektron qaimə, kassa aparatları ilə bağlı bir sıra yeniliklər tətbiq edəcək. Yaxın gələcəkdə vergi hesabatlarını vergi orqanları hazırlayacaq.
Beləliklə, vergi ödəyicilərinin işi asanlaşacaq.
Ovqat.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin Rəqəmsal Vergi İnzibatçılığı Departamentinin şöbə müdiri Aqşin Məcidov bildirib. Onun sözlərinə görə, bu addımın atılmasının bir sıra səbəbləri var.
Bundan əlavə, elektron qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır.
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda e-qaimələrin tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən hazırda sistemin sadələşdirilməsi üzərində hazırlıq və təhlil işləri aparılır.
Aqşin Məcidov bildirib ki, rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi çərçivəsində görüləcək işlərdən biri də onlayn kassa aparatlarının tətbiqidir.
Aqşin Məcidov bildirib ki, hazırda Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 63-dür. Amma nazirlik şəffaflığın təmin edilməsi üçün bu xidmətlərin sayını artırmağı planlaşdırır. \\Xezerxeber.az
Paylaş: