Xəbər lenti

 

Bakıda məscidin divarlarına Milli qəhrəman və şəhdilərimizin, eləcə də ədiblərimizin fotoşəkillərinin olduğu lövhə vurulub. Ölkədə ilk nümunəvi təşəbbüs Bakıda yerləşən Məşədi Dadaş məscidinin icması tərəfindən irəli sürüülüb.

Ovqat.com-un məlumatına görə, bura həm məscid, həm də mədəniyyət ocağıdır. Mədəniyyət ocağı oldğunu əks etdirən isə məscidin divarlarına Milli qəhrəman və şəhidlərimizin, eləcədə ədiblərimizin şəkillərinin əks olunduğu lövhənin vurulmasıdır.

Paytaxtın Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidinin icması tərəfindən nümunəvi təşəbbüs irəli sürülüb.

Məscidin axundu, Hacı Şahin Həsənli deyir ki, Məhərrəm ayının ilk günündən məscidin həyəttində divarlara Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəman və şəhidlərimizin fotolarının əks olunduğu lövhənin vurulmasına başlanılıb. Həmçinin divarda, Azərbaycanın görkəmli ədiblərinin fotoları ilə yanaşı onların yaradıcılığından nümunələrin əks olunduğu lövhə də asılıb.

Axundun sözlərinə görə, məqsəd bura ibadətə gələn vətəndaşların məscidin təkcə ibadət yeri yox, həm də bir mədəniyyət ocağı oldğunu aşılamaqdır.

Hacı Şahin Həsənlinin sözlərinə görə, Məhərrəmlik ayında mərasimlər keçirilən zaman əcnəbi ədiblərin yox, məhz yerli ədiblərin yaradıcılığından istifadə olunması üçün məscidin divarına onların fotoşəkilləri və yaradıclıqlarından nümunələrin əks olunduğu lövhə vurulub.

Məscidə ibadətə gələnlər bu təşəbbüsün digər məscidlərdə də tətbiq edilməsini istəyirlər.

Məscidin divarlarına vurulan bu lövhələr mütəmadi olaraq ibadət edənlərə nümayiş olunacaq.\\Xezerxeber.az 





Ana səhifəyə qayıt        Baxış: 589          Tarix: 21-09-2018, 19:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma