Yasamal rayon Polis İdarəsində aparılan yoxlamanın yekunu olaraq istintaq şəbəsinin rəisi Zaur Şirinov və şöbənin müstəntiqləri Seymur Hidayətzadə, Elnur Abdullayev, Cavid Məmmədov işdən azad olunaraq sərəncama göndərilib.
Ovqat.com istiqlal.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Məlumata görə, S.Hidayətzadə deputat Elmira Axunovanın oğlunun adı keçən dələduzluq işini aparan müstəntiq olub.
Bir müddət əvvəl "youtube" portalında Seymur Hidayətzadənin qalmaqallı audio yazısı yayılmışdı. Məhz bu səs yazısından sonra DİN-də daxili yoxlama aparılmış və Seymur Hidayetzadeye xidməti uyqunsuzluq barədə cəza verilmiş və barəsində Yasamal rayon Prokurorluqunda araşdırılma başlamışdı.
Sayt iddia edir ki, 2013-cü ilin iyul ayında onlarla şəxsə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovu Seymur Hidayətzadə polis idarəsindən buraxaraq ölkədən qaçmasına əlverişli şərait yaradıb.