Xəbər lenti
    Bu ilin fevral ayında ermənilərin əlinə düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib.
Vəkilin sözlərinə görə, Elnur Hüseynzadənin həbs müddəti daha iki ay uzadılıb.
Qeyd edək ki, E. Hüseynzadə bu ilin fevral ayında naməlum şəraitdə ermənilərin əlinə düşüb. Separatçı rejim onun hərbçi olduğunu iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis edilib, ermənilərin əlinə düşən vaxt hərbi xidmətdə olmayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 079          Tarix: 7-04-2017, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma