Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Hazırda sürüşmənin dinamikasında aktivlik davam edir.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamacboyu 4-5 metr aşağıya irəliləyib.

Həmin istinad divarında hipsometrik olaraq sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır.

Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.

 




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 13-10-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma