Xəbər lenti

Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 238          Tarix: 27-10-2018, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma