Xəbər lenti

Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib.

unikal.org xəbər verir ki, Əli Əsgərov öz istəyi ilə vəzifəsindən gedib.

Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini unikal.org-a açıqlayıb. Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq, öz istəyi ilə işdən çıxıb:

“Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım… Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib:  “Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah, hər şey yaxşı olacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 14-12-2018, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma