Xəbər lenti

“Hərbi jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Dilqəm Əsgərov barədə dediklərinə sərt irad bildirib.
Statusu təqdim edirik:
"Əziz dostlar! Hörmətli həmkarlar!
Çox çalışdım bu məsələ haqqında indi danışmayım, amma özüm-özümlə bacarmadım. Və hesab edirəm ki, biz Azərbaycan mətbuatı və cəmiyyəti olaraq belə prinsipial məsələlərdə heç olmasa susmayaq. Rəsmilərimizi hardasa anlamaq olar. Ölkələrarası münasibətlərə ziyan gətirməmək üçün bəzən olur ki, onlar özlərini bir qədər fərqli aparmağa məcbur olurlar. Amma, biz heç olmazsa sözümüzü deyək ki, Rusiya dövlətinin nümayəndələrinin Azərbaycana qarşı tutduqları qeyri-səmimi münasibəti onların diqqətinə çatdıraq. Susduqca isə, bu "tovariş"lər elə bilirlər ki, bizdən çox ağıllıdırlar və guya nə isə önəmli məsələlərdən danışırlar.
Dünən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Sputnik nəşrinə verdiyi müsahibə zamanı bəzi fikirlər səsləndirib ki, onlar sadəcə qeyri-peşəkar və qeyri-səmimi ifadələrdir ki, onları da indi sizinlə bölüşməyə çalışacağam. 
Bu yoldaş ümumiyyətlə şəxsən mənim üçün o qədər də aktiv səfirlərdən biri sayılmır. Biz onunla müxtəlif ölkələrin rəsmi və ya qeyri-rəsmi tədbirlərində çox vaxt bir araya gəlirik. Yaxşı yeyib-içməyi və spirtli içkiləri sevən adamdır. Olsun, özü bilər. Amma, mən bu səfir yoldaşa məsləhət görərdim ki, heç olmasa bir söz deyəndə cümləsinin əvvəli ilə arxasını MƏNTİQLƏ düzüb-qoşa bilsin. 
Rusiya səfiri bu yaxınlarda ölkəmizin qanunlarını kobud sürətdə pozaraq separatçılara dəstəyə getmiş və sonradan həbs edilərək Azərbaycan gətirilən Aleksandr Lapşin və Dilqəm Əsgərov məsələlərində guya Rusiyanın eyni mövqedən yanaşdığını qeyd edir. Və başlıyır prosedur qaydalarını izah etməyə. "Əgər vətəndaşın başına bir iş gəlirsə, səfirlik öncə öz konsulluq işçisini onun yanına yollayır. Sözügedən işçi vətəndaşın sənədlərini yoxlayır, başına nə gəldiyini aydınlaşdırır. Bundan sonra isə hansı addımların atılmalı olduğu qərarı verilir". Aydındır, cənab səfir. Siz aşağıdakı suallara MƏNTİQLƏ cavab verə bilsəniz, mən sizdən mətbuat vasitəsiylə üzr istəməyə söz verirəm. 
1.Siz bu günə kimi heç olmasa bircə dəfə də olsa Rusiya vətəndaşı olan, milliyətcə azərbaycanlı olan Dilqəm Əsgərova Rusiya Federasiyasının Ermənistandakı və ya Moskvadakı rəsmi nümayəndələri tərəfindən baş çəkilməsini deyə bilərsinizmi? Xahiş edirəm, həmkarlarıma danışdığınız "nağılı" mənə və çoxsaylı azərbaycanlılara danışmayasınız ki, ay "biz bunu edə bilmərik, çünki vətəndaş Rusiyanın dövlətlərarası münasibətlər subyekti kimi qəbul etmədiyi bir ərazidə yerləşir". Ay kişi, ay mujik, ay diplomat! 
Necə olur ki, siz separatçılara mütəmadi olaraq Moskva şəhərində öz hansısa qondarma toplantılarını, görüşlərini keçirməyə şərait yaradırsınız və zərrə qədər də vicdanınız sızlamır ki, axı həm Azərbaycan, həm Gürcüstan və Moldova məhz sizin xeyir-duanız ilə "at oynadan" separatçılara görə neçə-neçə vətəndaşını, hərbi qulluqçusunu bu illər ərzində itirib? Və siz onlara rahatca silah-sursat ötürəndə münasibət və təmas qura bilirsiniz, belə vacib məsələdə isə, yadınıza belə hətərən-pətərən şeylər düşür?
2. Siz özünüz özünüzü gülünc vəziyyətə qoyub görün nə deyirsiniz. "Necə oldu ki, Əsgərov orda peyda oldu? Necə oldu ki, o sərhəd xəttini keçdi? Əslində baş verən nə idi? Niyə Əsgərovun yanında silah var idi? Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur". 
Cənab yeyib-içən oğlan Doroxin müəllim!! Siz deyəsən bir az çaşmısınız axı. Əsgərov heç bir SƏRHƏDİ keçməyib. Xahiş edirəm, danışığınıza və cümlələrinizə diqqət edin. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da DOĞULDUĞU Kəlbəcər rayonu ərazisində ata-anasının məzarlığını NÖVBƏTİ dəfə ziyarət edərkən separatçılar və sizin dövlətin aktiv köməkliyi vasitəsiylə GİROV götürülübdür. 
3. Əgər sizin bu məsələdən ətraflı xəbəriniz yoxdursa, onda siz haradan bilirsiniz ki, Dilqəm Əsgərovda və yanında olan Şahbaz Quliyevdə SİLAH olub? Deməli, əgər siz əminsiniz ki, bu dedikləriniz olub, deməli sizin SEPARATÇILARLA çox yaxşı əlaqələriniz də var və siz və təmsil etdiyiniz dövlət əgər öz vətəndaşı kimi qəbul etdiyi və saydığı Dilqəm Əsgərova ÇOXDAN sahib ÇIXARDI. Sadəcə siz özünüzü çox ağıllı və çoxbilmiş sayırsınız. Amma, belə deyil, Doroxin əfəndi. 
Bəli, mən sizin cəsarət edib deməyə qorxduğunuz sözləri deyirəm: Rusiya adlı dövlət öz vətəndaşı olan, milliyətcə azərbaycanlı, müsəlman olan Dilqəm Əsgərovdan üz çevirib!!. 
Bu məsələdə nə siz, nə sizin "Azərbaycan Xiyarına" sevgisini indilərdə dilə gətirən rəhbərinizin köməkçisi Mariya Zaxarova və digərləriniz səmimi deyilsiniz və sadəcə RİYAKARLIQ edirsiniz. 
Deyirsiniz ki, vəziyyət qeyri-standart və mürəkkəbdir. Sonra da özünüzü daha "müdrik diplomat" kimi göstərmək üçün təkrar edirsiniz ki, guya siz bu məsələnin həlli yolunua axtarırsınız. Ay-hay. Özünə hörmət edən diplomat və ya ölkə çoxdan bu məsələni həll də etmişdi, özünü bu qədər nüfuzdan və hörmətdən salmazdı.
Ən sonda, Rusiyanın Azərbaycandakı baş elçisi Vladimir Doroxinə və Rusiyanın Ermənsitandakı məşhur səfiri İqor Volınkinə səslənərək deyirəm ki, bir az aktiv və obyektiv olun. Başa düşürəm ki, sizin tabe olduğunuz idarənin başında damarlarında erməni qanı axan Sergey Lavrov-Kələntərov durur. Amma, unutmayın ki, bu illər ərzində məhz sizin özünüzün və təmsil olunduğunuz dövlətin bir çox yanlışlıqları sayəsində MİNLƏRLƏ AİLƏ başsız qalıb, on minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb. Bunu nə sizə, nə də özünü böyük dövlətlərdən biri sayan Rusiyaya heç kim, heç vaxt bağışlamayacaq. 
Tanrı ağlını itirmiş insanlara və rəhbərlərə sadəcə ağıl versin!!"

 //Moderator.az




Ana səhifəyə qayıt        Baxış: 902          Tarix: 27-05-2017, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma